Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:48

Obama Misir hadisələri barədə danışdı


Yanvarın 28-də Misirdə prezidentin istefasını tələbi ilə keçirilən nümayişin genişlənəcəyi gözlənilir. Təşkilatçılar ümid edir ki, cümə namazına gələn on minmlərlə adam da etirazlara qoşulacaq.

Ölkənin təhlükəsizlik qüvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Misirdə prezident Hüsnü Mübarəkin 30 illik hakimiyyətinə qarşı etiraz askiyaları 4-cü gündür davam edir.

Yanvarın 27-də nümayişçilər Suez şəhərində hökumət binalarını yandırıblar. Zorakılıqlarda azı altı nəfər həlak olub.

Bu arada Nobel sülh laureatı və müxalifət fəalı Məhəmməd əl Baradeyi Misirə qayıdaraq, etirazçılara qoşulacağını bəyan edib. Ötən gün Müsəlman Qardaşlığı təşkilatının etiraz aksiyalarını dəstəklədiyini açıqlamasının ardınca bir neçə lideri həbs olunub.

ABŞ prezidenti Barak Obama Misir prezidenti Hüsnü Mübarəki “mütləq” siyasi islahatlara çağırıb:

“Hazırda əsas ümidim odur ki, zorakılıq Misirdəki problemlərin həllinə cavab deyil. Həm hökumət, həm insanlar zorakılıqdan çəkinməlidir. Çox vacibdir ki, insanların şikayətini qanuni yolla nümayiş etdirməsi üçün vasitəsi olsun”.

Obama əlavə edib ki, "müəyyən dəyərlər var ki - söz və ifadə azadlığı, insanların bir-biri ilə sosial şəbəkələr vasitəsilə əlaqə qurması – biz amerikalılar inanırıq ki, universaldırlar. Bunlar Ərəb dünyasında olduğu kimi burada - ABŞ-da daha az həqiqət deyil".


Misirdə nümayişlər zamanı 7 adamın öldüyü bildirilir.

XS
SM
MD
LG