Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:13

Laçın rayonundan olan məcburi köçkünlər üçün yeni qəsəbə tikilir


Neft Fondundan ayrılan vəsait hesabına tikiləcək 552 evlik qəsəbə Ağcabədi rayonunun «Taxtakörpü» adlanan ərazisində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi əsasında inşa edilir.

Laçın rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev deyir ki, evlərlə yanaşı, qəsəbəyə müasir standartlara uyğun kommunikasiya xətləri çəkiləcək, yaşayış məntəqəsi tam olaraq qazlaşdırılacaq. Ərazidə həmçinin sosial obyektlər də inşa olunacaq.

Qəsəbədə 15 siniflik məktəb, 50 yerlik uşaq bağçası, klub, inzibati bina da nəzərdə tutulub. Qarabağ kanalından buraya içməli su çəkilərək 2 ədəd 500 kubmetr həcmində su anbarının tikintisi də planlaşdırılıb.

Yeni yaşayış məntəqəsində hər bir ailəyə 12 sot həyətyanı torpaq sahəsi də ayrılıb.

Qəsəbənin bu ilin iyun ayında təhvil veriləcəyi bildirilir.
XS
SM
MD
LG