Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:01

«Səhiyyə sistemində yeni qanuna ehtiyac var»


Sığorta sistemi qeyri-formal ödənişlərin qabağını almağa qadirdir
Sığorta sistemi qeyri-formal ödənişlərin qabağını almağa qadirdir
Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Səhiyyə naziri Oqtay Şirəliyevin dediklərinə münasibət bildirərkən Azərbaycan Həkimlər Assosiasiyasının rəhbəri Qalib Əliyev deyib. Onun fikrincə, problemləri həll etmək həkimləri günahlandırmaqla olmur:

«Əmr edirəm düzgün diaqnoz qoy, düzgün müalicə et. Əmr edirəm sən xəstədən pul alma. Hər həkimə bir dənə gözətçi təyin etmək – bu, səhiyyə demək deyil. Bu, tibbi xidmətin yaxşılaşması demək deyil. Bunlar islahatlar, qanunvericilik çərçivəsində aradan qaldırılmalıdır. Yoxsa ki, həkimləri indi günahlandırmaqla bunu həll etmək düzgün olmaz. O həkimlər ki, soyğunçuluqla məşğuldurlar, bunlara mən həkim deməzdim. Onları heç vaxt müdafiə etməmişəm».

Qalib Əliyev deyir ki, Səhiyyə naziri bu sözləri birinci dəfə demir. Ancaq bu deyilənlərin təsiri yoxdur:

«Gərək təsirli bir mexanizm quraq. Səhiyyənin maliyyələşdirilməsi, tibbi yardımın göstərilməsi prinsiplərini tamamilə dəyişməliyik ki, bu xoşagəlməz hallar aradan qaldırılsın».

Qalib Əliyev düşünür ki. problemləri həll etmək üçün yeni qanuna ehtiyac var:

«Bu elə bir qanun olmalıdır ki, burda həm pasiyentlərin hüquqları qorunsun, həm də tibb işçilərinin».

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə deyib ki, neqativ halların qarşısını almaq üçün sığorta sisteminə keçid əhəmiyyətlidir:

«Neqativ hallarla mübarizə sistemli şəkildə olmalıdır. Burda konkret tədqiqatlar aparılmalıdır. Həm nəzarət güclənməlidir, həm də bu, özünü qanunvericilikdə əks etdirməlidir. Sığorta sistemi qeyri-formal ödənişlərin qabağını almağa qadirdir».

XS
SM
MD
LG