Berlin şəhərində YUKOS şirkətinin sabiq rəhbəri, hazırda Rusiyada həbsdə olan Mixail Xodorkovski haqqında sənədli filmin orijinal nüsxəsi oğurlanıb.
«Xodorkovski» adlanan film yaxın günlərdə «Berlinale» festivalında nümayiş etdirilməli idi. Fevralın 4-də «Lala Films» studiyasının əməkdaşları işə gələndə görüblər ki, ofisin qapısı sındırılıb, studiyanın bir-neçə kompyuteri isə yoxa çıxıb.
Artıq hazır olan 100 dəqiqəlik «Xodorkovski» filmi yoxa çıxan kompyuterlərin birində olub.
Filmin müəllifi, alman rejissoru Siril Tuşi (Cyril Tuschi) AzadlıqRadiosunun rus xidməti ilə söhbətində deyir ki, hazırda alman polisi oğruları tapmağa, filmin yaradıcıları isə «Xodorkovski» filmini bərpa etməyə çalışır.
S. Tuşi deyir:
- Xodorkovski haqqında filmin son, hazır variantı məhv olub. Ofisin 5 qapısını sındırıb otaqlara giriblər, montaj studiyasından 5 kompyuteri oğurlayıblar. Xodorkovski haqqında filmin montaj edilmiş, nümayiş üçün hazır olan variantı kompyuterlərdən birində idi. Bu gün saat 9-dan başlayaraq biz polisə ifadə verməklə məşğuluq.
- Kimin işi ola bilər?
- Bilmirəm, amma çox məyus olmuşam. Belə bir hadisə mənimlə son 10 ildə birinci dəfədir baş verir.
- Bəs indi necə olacaq, film «Berlinale»də göstəriləcək, ya yox?
- Bunun üçün əlimizdən gələni edəcəyik. Gecə-gündüz işləyəcəyik ki, filmi xilas edib festivalda nümayiş etdirə bilək. Dəhşətdir! Əvvəl çox qorxdum, sonra hisslərimi cilovlayıb hətta bu qorxaqlığıma görə özümə nifrət də etdim. Amma filmi nəyin bahasına olursa-olsun nümayiş etdirəcəyik.
Yaradıcı qrup 5 il «Xodorkovski» filmi üzərində işləyib. Moskvada və Çitada çəkilişlər aparılıb. Fevralın 4-də «Berliner Post» xəbər verdi ki, filmin «Berlinale» festivalında nəzərdə tutulan nümayişi pozulmayacaq. Münsiflər heyətində filmin bir nüsxəsi var. Sadəcə, alman dilində subtitrləri yoxdur.