Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:16

ABŞ səfiri Mattew Bryza Bakıya gəldi


Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin edilən səfiri Mattew Bryza fevralın 6-sı saat 20:45-də ailəsi ilə birgə Azərbaycana gəlib.

Azərbaycan gələcəyi günü səbirsizliklə gözlədiyini bildirən Mattew Bryza təyinatın uzun çəkdiyi üçün üzrhaxlıq edib. Amma gəlişini «gec olsun güc olsun» atalar sözü ilə ifadə edib.

Bakıya yenidən ABŞ-ın səfiri qismində qayıtmaqdan şərəf duyduğunu bildirən səfir iki ölkə arasında dostluq münasibətlərinin gücləndirilməsini və sülhün dərinləşməsini həvəslə gözlədiyini deyib.

«Biz sülhün, əmin-amanlığın, bundan başqa demokratik təsisatların yaradılması və gücləndirilməsində maraqlıyıq».
Mattew Brayza qısa çıxışdan sonra səfirlik əməkdaşlarının müşayəti ilə hava limanı tərk edib.

Onun Azərbaycana səfir təyin olunması bir müddət ləngiyib.

ABŞ prezidenti Barak Obama Bryzanı ölkəsinin Azərbaycandakı səfiri vəzifəsinə 2010-cu ilin mayında namizəd verib. Amma avqustun 3-də məsələ Xarici Əlaqələr Komitəsində səsverməyə çıxarılarkən senator Barbara Bokser buna etiraz etmişdi. Buna görə səsvermə təxirə salınmışdı.

2010-cu il, sentyabrın 21-də ABŞ Senatının Xarici Əlaqələr komitəsinin işgüzar iclasında Mattew Bryzanın Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi təsdiq edilib.

Xarici Əlaqələr Komitəsinin iclasında senatorlar Barbara Bokser və Robert Menendez bunun əleyhinə çıxıblar.

Kaliforniya senatoru Barbara Bokser xüsusi bəyanat yayaraq Mattew Bryzanın Azərbaycan və Türkiyəyə yaxınlığından narahat olduğunu, onun Bakıda səfir vəzifəsinə münasib namizəd olmadığını bildirib.

Bryzaya səs verməyəcəyini bəyan edən Nyu Cersi senatoru Robert Menendez isə fikrini onun “Azərbaycan ərazisində yerləşən erməni məzarlıqlarının dağıdılmasına adekvat reaksiya verməməsi” sözləri ilə ifadə edib. Həmçinin də Brayzaya irad tutub ki, o, «erməni soyqırımı»nı tanımayıb.

Mattew Bryza səfir təyin edilməzdən əvvəl ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı, Qarabağ münaqişəsinin həlli üçün aparılan danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri vəzifəsində çalışıb. Bundan əvvəlsə Brayza Ağ Evdə Milli Təhlükəsizlik Şurasında Avropa və Avrasiya şöbəsinin direktoru olub. O, həmçinin ABŞ prezidenti və Dövlət Katibinin Xəzər regionu üzrə xüsusi müşaviri vəzifəsini tutub.





XS
SM
MD
LG