Yazıçı Elçin Hüseynbəylinin “Yolayrıcında qaçış” romanının “Oxu zalı"nda müzakirəsi başa çatıb. Ənənəmizə uyğun olaraq sonda yazıçıya şərait yaradırıq ki, onun romanı haqda səslənmiş tənqidlərə münasibətini bildirsin.
- Əvvəla, Azadlıq Radiosuna təşəkkür edirəm ki, mənim romanımı müzakirəyə çıxarıb.
Həm də ona görə təşəkkür edirəm ki, bu dəfə müəyyən təcrübəyə malik adamın əsərini müzakirəyə çıxarıb – yəni sıradan bir adamın yox.
Əslində gərək Azadlıq Radiosu da mənə təşəkkür etsin ki, birdən-birə bu növcavanların, təcrübəsi olmayan romançıların içində mən də öz romanımın müzakirəsinə - belə deyək ki - razılıq vermişəm...
Görürsən də, nə qeyri-təvazökar söhbətlər edirəm (gülür, bizi də güldürür – R.Q.)
- ...
- Yox, çox maraqlıdı. Doğrusu məyus oldum. Məyus oldum ki, məni bu qədər İnternetə girib tənqid edirlər...
Çünki əvvəlcə romandan bir parça qoyulmuşdu və çoxlu şərhlər gəlmişdi. Düşündüm ki, bəlkə doğrudan da Elçin Hüseynbəyli yaxşı yazıçı deyil, yazıçılığa aidiyyatı yoxdu, niyə yazır... belə-belə şeylər... Amma sonra sevindim.
Bilirsən niyə? Sevindim ki, nə yaxşı ki, 37-ci il deyil. Çünki 37-ci ildə kimsə sənin üzünə durdusa, vəssalam!
Mənim də bioqrafiyam bunun üçün necə deyərlər yetərlidir.
Çünki Elçin Hüseynbəyli Moskva Dövlət Universitetində oxuyub, oranı fərqlənmə diplomu ilə bitirib. Xeyir ola niyə? Sən hansı xidməti göstərmisən ki, ruslar Cəbrayılın hansısa kəndindən olan bir cocuğa qırmızı diplom veriblər.
Sonra Varşavada oxumusan. Aha, deyəsən Polşa agentisən.
O biri tərəfdən deyə bilərdilər ki, ə, nə təhər olur sən Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin baş katibisən, deməli pantürkistlərə meyllisən...
Mən haqqımda o şərhləri yazanların da kim olduğunu bilirəm.
Sadəcə, məni ağrıdan o oldu ki, görünür bu insanların stressi, qəzəbi o qədərdir ki, onu başqalarına qarşı yönəldirlər. ..
- Elçin bəy, şərhlərlə bağlı ayrıca sualımız olacaq. Gəlin tənqidçilərin romanınız haqda yazdıqlarından başlayaq...
- Əvvəla deyim ki, tənqidi normal qarşılayan adamam.
Amma məsələ burasındadır ki, sanki bəzi adamlar Azadlıq Radiosunun yaratdığı bu imkandan istifadə edib yazıçılarla şəxsi haqq-hesab çürütməyə, buna bir fürsət kimi yanaşmağa çalışırlar.
Sanki ədəbiyyatın inkişafını istəmirlər.
Üstəlik də bir çox oxucular həmin tənqidçilərdən bəzilərinin mənim əsərlərimi şəxsi münasibət zəminində tənqid etməsindən bixəbərdirlər.
- Məsələn kim?
- Məsələn, Tehran Əlişanoğlu vaxtilə “Eqo” yaradıcılıq ordeninin üzvü olub. O qurumun rəhbəri də mən olmuşam.
Vaxtilə Koroğlu dastanının 1834-cü il nüsxəsini burda çap edəndə rəhmətlik şair Akif Səməd onun əleyhinə çıxdı.
Mən də dedim ki, gəlin biz buna reaksiya verək və Akif Səmədi müdafiə edək.
Onda Tehran Əlişanoğlu dedi ki, “Eqo” belə məsələlərə qarışmalı deyil.
Halbuki biz Tehran Əlişanoğlunu yazıçı Rafiq Tağının zəmanəti ilə “Eqo”ya qəbul etmişdik.
Mən bu fikirdəydim ki, bizim təşkilat belə ümummilli məsələlərə münasibət bildirməlidir.
Bəlkə də o zaman bununla bağlı mövqeyimi emosional şəkildə ifadə etdim və o, çıxıb getdi ki, daha bu təşkilatda qala bilmərəm.
Həmin hadisəyə qədər Tehran Əlişanoğlu məni öz icmallarında öndə gedən yazıçı kimi təqdim edirdi, amma o hadisədən sonra mənimlə düşmən oldu və hər yerdə əleyhimə danışmağa başladı.
Digər tənqidçi Cavanşir Yusiflinin də mənə münasibəti pisdir.
Paradoksal olan odur ki, onun mənə münasibəti Tehran Əlişanoğlunu “Eqo”ya qəbul etdiyimiz üçün pisdir.
- Yəni demək istəyirsiz ki, sizin romanınız haqda tənqidlər şəxsi qərəzdən irəli gəlir?
- Bəli, müəyyən nüanslar baxımından qərəzləri var. Amma bu, xırda məsələdir. Bunu qoyaq bir kənara.
Hər iki tənqidçi filologiya elmləri doktorudur. Açığı, mən onların tənqidlərini oxuyanda bir qədər şübhələndim.
O mənada ki, filologiya elmləri doktoru deməz ki, filan əsər niyə bu formada yazılıb.
Təsəvvür edin ki, yazıçı bir nalbənddir, o hər gün nal vurur, bu işin ustasıdır.
Biri də var nalbəndliyin nəzəriyyəsini bilən adam. Təsəvvür edin ki, belə bir adam gəlib nalbəndə deyir ki, nalı belə vurma, elə vur.
Mənim o tənqidçilərin məsələyə bəsit yanaşmasından xoşum gəlmədi.
Romanın tipləri var. Təsəvvür edin ki, mən bir epik poema yazıram, kimsə də onu lirik poema prinsipləri ilə təhlil edir.
- Elçin bəy, gəlin konkret məsələlər üzrə danışaq. Məsələn, Tehran Əlişanoğlu, Cavanşir Yusifli deyirlər ki, sizin romanda qloballaşma ilə bağlı ifadə etdiyiniz fikirlər mətbuatda tez-tez bu mövzuda hallanan mülahizələrdən uzağa getmir, səthidir, Züleyxa obrazı hardasa Anarın Təhminə obrazına bənzəyir, amma orijinal ola bilmir, əsər serial təsiri bağışlayır, “hər şey haqda heç nə”dir...
- O dostlarımızın tənqidlərində ən böyük çatışmazlıq onların - dediyim kimi - romanın tipini müəyyən edə bilməmələridir. "Yolayrıcında qaçış" interaktiv roman tipinə aiddir - müasir roman tipinə. .
Mən Dostoyevski kimi 100-200 il bundan qabağın romannı yaza bilmərəm.
O zaman insanlar bekar idilər, otururdular, əsəri oxuyub psxoloji məqamlara enirdilər.
Mən isə situativ qəhrəmanlar yaradıram, xarakter yaratmıram.
O adamlar mənim yaradıcılığımı davamlı şəkildə izləsəydilər, dünyada gedən ədəbi proseslərə kifayət qədər bələd ola bilsəydilər, başqa cür yazardılar.
Bir qeyri-təvazökar misal çəkim.
Normal bir oxucunu oturdursan stol arxasında, stolun bir tərəfinə qoyursan Folkner, Dostoyevski kimi yazıçıların romanlarını, o biri tərəfinə Elçin Hüseynbəyli, Orxan Pamuk və interaktiv roman müəllifi olan başqa yazarların romanlarını, görün onlar kimin əsərini oxuyacaq. (Mən özümü bu yazıçılarla müqayisə etmirəm, sadəcə bu misal roman tiplərinə aiddir).
Onlar Dostoyevskini oxuyan deyillər. Amma bu o demək deyil ki, mən Dostoyevskidən üstünəm.
Dostoyevski dünya nəsrinin sütunudur. Amma iş burasındadır ki, bu günkü oxucu onu oxuyan deyil.
Bu tənqidçilərin səhvi ondadır ki, onlar başa düşmürlər ki, Elçin Hüseynbəylidə psixologizm, xarakter axtarmaq lazım deyil.
Mən ümumiyyətlə xarakterə nifrət edirəm. Yazıçı necə daşlaşmış bir xarakter yarada bilər?
Bir situasiyada özünü kişi kimi aparan adam başqa bir situasiyada bəlkə özünü ən qorxaq bir adam kimi aparacaq?
Dövrümüzün insanı hər gün bəlkə də on situasiyaya düşür. Mən situasiyalar, situativ qəhrəmanlar yaradıram.
Bunlar isə deyir ki, Züleyxanın xarakteri elə gəldi, belə getdi.
Guya Elçin Hüseynbəyli Züleyxanın hansısa düşüncəsini 100 səhifə yaza bilmir?
Bir dəfə bir nəfər (adını çəkməyəcəm) dedi ki, filan gürcü yazıçısını oxudum, dəhşətdi, ağacı 200 səhifə təsvir edir. Dedim onun başı xarabdı.
İndiki oxucu 200 səhifə ağac təsviri oxuyandı? Dedim mən, qəsdinə dursam, ağacı yox, ağacın qurdunu 200 səhifə təsvir edərəm - assosiasiyalar vasitəsilə.
Ötən əsrin 60-cı illərindən - müəyyən istisnalarla - xarakterik obrazlar arxa plana keçib.
O ki qaldı romanımın “serial təsiri” bağışlamasına, ola bilər ki, indiki insanlar seriallara aludə olublar, amma mənim romanımın süjeti, ideyası, problematikası var.
Sadəcə mən öz ideyamı hadisə romanı çərçivəsində çözmək istəmişəm.
Bu, detektiv də deyil. Mənim ən çox xoşuma gələn – təqnidçi Elnarə Tofiqqızının yazısı oldu.
Düzdür, onun o fikri ilə razı deyiləm ki, roman yarımçıq qalıb və onu davam etdirmək lazımdır. Qətiyyən belə deyil. Roman yarımçıq deyil.
Amma ümumilikdə çox ədalətli analiz idi.
Tənqidləri də, tərifləri də - görürsən ki – bu adamın öz düşüncəsindən gəlir. Kənan Hacının yazısı bir dost, həmkar yazısı idi.
Vaqif Yusiflinin mənim haqqımda yazısı isə humanist filoloqun yazısı idi.
Bəli, mən düşünürəm ki, bəlkə də Vaqif Yusifli mənə yönəlik tərifləri çox eləyib və tənqidlərini bir az artıq eləyə bilərdi.
- Amma Elnarə Tofiqqızının yazısında bir məqam da var idi ki, sizin roman sanki redaktə olunmayıb...
- Bilirsiz, bunlar çox xırda məsələlərdir. Əsər bir neçə redaktədən keçib.
Sadəcə olaraq bu cür interaktiv – oxucunu həyəcanlandıran əsərlərin redaktəsi zamanı redaktor özü də əsərin təsirinə düşür və o səhvləri tuta bilmir.
Bunu mənə çox təcrübəli, 1000-dən çox əsəri redaktə etmiş redaktor dedi. Ad da çəkə bilərəm.
İntiqam Qasımzadə (romanın çap edildiyi “Azərbaycan” jurnalının redaktoru – R.Q.) dedi ki, Elçin, biz romanı oxumuşuq, çox oxunaqlıdır, ola bilsin biz hətta orada hansısa səhvləri görə bilməmişik, sən özün də bir daha oxu.
Çünki mən onlara arxayın idim ki, son variantı onların redaktəsi əsasında hazırlayacam.
Yəni bu tip romanlarda belə səhvlər ola bilər.
- Hər halda redaktədə qüsurların olduğunu etiraf edirsiz...
- Yox, qüsurlar çox azdır...
- Çünki əgər yadınızdadırsa, "Oxu zalı"nda əsərdən bir parça çap olunanda oxuculardan biri tekstdə bir məqama diqqət çəkmişdi – “qəhvəmi istəyirsiz, yoxsa kofe?” tipli. Bunu şərhində də yazmışdı. Sonra bunu “Azadlıq” qəzetində bir köşədə də qeyd etmişdilər ki, Elçin Hüseynbəyli qəhvə ilə kofeni ayrı-ayrı şeylər sayır...
- Mən sizə bir şey deyim. Təsəvvür edin “MQU”nu qırmızı diplomla bitirmiş, Varşavada təhsil almış, rus və ingilis dilini (danışıq səviyyəsində) bilən bir adam doğrudanmı bilmir ki, kofe nədir, qəhvə nədir?
Bu sırf mexaniki bir səhvdir.
Bu bir daha onu göstərir ki, Azərbaycanda bəzi adamlar ədəbiyyat ətrafı oyunlar oynayırlar. Ayıbdır. Mənə o irad tutan adama kofenin növlərini anladaram.
Bir misal çəkim. Bir məmləkətin bir əyalətində qiyam olur. Məmləkətin hökmdarı ədalətli imiş.
O bölgəyə missionerlərini göndərir ki, gedin görün o camaatın narazılığı nədir?
Bunlar da gedib o qiyam edənlərə bəraət qazandırırlar, bir hesabat yazıb gətirirlər, qoyurlar hökmdarın qabağına.
O da baxır, deyir ki, hər şey yaxşıdı, bircə vergül çatışmır.
Belə çıxır ki, mənim romanımın bircə vergülü çatışmırmış. Onlar bunun davasını edirlər?
- Elçin bəy, yaradıcılığınızda nə yenilik var? Yeni roman yazırsızmı?
- Mən indi yeniyetmələr üçün “Azıx” romanını yazıram.
O da interaktiv – yeni nəsil texnologiyası ilə yazılan bir əsərdir.
Azıx dünyanın ən qədim mağara tiplərindən biridir və Qarabağın bir hissəsidir.
Təbii ki mən o qədim mağaradan tapılan alt çənə sümüyünün azərbaycanlıya məxsus olduğunu sübut etməyə cəhd eləmirəm, bu, gülünc olardı.
Amma romanda o regiondan olan azərbaycanlılardan söhbət gedir, mən bizim nişanələrimizi Azıxda axtarıram və ideya budur ki, biz Qarabağı qaytarmasaq, kişi olmayacağıq, böyük mənada millət olmayacağıq.
Bax bu ideyanı mən ora qoymuşam.
Həmçinin oxu
Elçin Hüseynbəyli "Yolayrıcında qaçış" (Romandan parça)
Tehran Əlişanoğlu. Hər şeydən heç nə
Kənan Hacı. Çaşdırıcı roman haqda çaşqın fikirlər
Cavanşir Yusifli. Vive la Différence!
Vaqif Yusifli. Çeşidlərin sonuncusu
Elnarə Tofiqqızı. “Yarımçıq əlyazma” və yaxud jurnalistikanın ədəbiyyatdakı mühaciri