«Telefon danışıq haqlarının qalxması haqda hələlik qərar yoxdur».
AzadlıqRadiosunun «İşdən sonra» proqramında qonaq olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev dinləyicilərin suallarını cavablandırarkən belə deyib.
Hazırda abunə haqqı aylıq 2 manat təşkil edir, baxmayaraq ki, onun maya dəyəri 6-7 manatdır.
«Qiymətlərin qalxmasının hələ ki, heç bir hüquqi əsası yoxdur. Bu qiymətləri tələb olunan səviyyəyə qaldırmaq lazımdır. Çünki biz bazar iqtisadiyyatında yaşayırıq və hər bir şeyin də öz qiyməti var».
İnternet qiymətləri barədə də danışan şöbə müdiri deyib ki, bu qiymətlər getdikcə aşağı salınacaq:
«Biz son 3 ilin qiymətlərini araşdırsaq görərik ki, internet qiymətləri 8-10 dəfə ucuzlaşıb. Bugünkü qiymətlər bizi qane etmir. Hər kəsin internetdən istifadə etməsi üçün qiymətlərin bir az da aşağı düşməsi vacibdir».
İsfəndiyar Əliyev deyib ki, qiymətlərin düşməsi və keyfiyyətin artırılması üçün rəqabət şəraiti yaratmaq lazımdır. Bunun üçün isə Azərbaycana yeni provayder gətiriləcək.
Rabitə Nazirliyinin rəsmisi son vaxtlar cəmiyyətdə çanaq antenalarının yığışdırılması ilə bağlı gəzən söhbətlərə də münasibət bildirib. O deyib ki, kabel televiziyasının inkişafı ilə əlaqədar olaraq çanaq antenalarına olan münasibət dəyişib. Artıq kabel televiziyasının istifadəçilərinin çoxu artıq çanaq antenalarından istifadə etmirlər. Amma...
«Çanaq antenalarının yığışdırılması ilə bağlı heç bir qərar yoxdur. Heç bir təklif yoxdur. Bu, sadəcə şayiədir».
Mobil telefon danışıqlarının qiymətinə də toxunan İsfəndiyar Əliyev bildirib ki, bu sahədə də işlər gedir:
«Mobil danışıq qiymətləri bahadır. Rouminq xidmətləri bir çox ölkələrlə müqayisədə bahadır. Yaxın zamanlarda burada böyük dönüş yaranacaq».
O deyib ki, rəqabəti artırmaq üçün daşınan nömrə sisteminə keçiləcək. Yəni, bir nömrə istədiyi vaxt digər operatora keçmək imkanında olacaq. Hazırda Rabitə Nazirliyi bu xidməti həyata keçirməyə çalışır.