«Sehirli güzgü»...
«Sınıq körpü» sərhəd keçid məntəqəsi Azərbaycanın qərb qapısıdır. Bu qapıdan keçib, qonşu Gürcüstana gedirlər. Ancaq məsələ təkcə qapıda deyil, bu keçid məntəqəsi elə bil sehirli güzgüdür. Bu güzgüyə bircə dəfə baxmaq yetər ki, orda, doğulub boya-başa çatdığın ölkəni bütün çılpaqlığı ilə görəsən...
Qoşa qapı...
«Sınıq körpü» sərhəd keçid məntəqəsinin iki qapısı var. Sonradan öyrənəcəyəm ki, onların birindən maşınlar, o birindən isə piyadalar keçir. Hər gün neçə-neçə irili-xırdalı maşın, piyada bu qapılardan keçib Gürcüstana gedib-qayıdır. Biz maşınların keçdiyi qapının qarşısında növbə tuturuq. Sıra bizə çatanda, qapının qarşısında duran sərhədçi əsgər məni maşından düşürür. Deyir ki, maşında yalnız sürücü qala bilər, sən isə piyadalar üçün nəzərdə tutulan qapıdan keçməlisən. Sərhədçiyə maşının mənim adıma olduğunu, sürücünün təklikdə buraxılmayacağını söyləsəm də, dediyindən dönmür. Sürücü maşınla içəri keçir, mən isə Novruzəli kimi elə qapının qarşısındaca gözləməyi üstün tuturam. Bir qədər sonra bəlli olur ki, Novruzəli kimi gözləməkdə haqlıyammış. Sürücü zəng vurur ki, maşın mənim adıma olduğundan, onu buraxmırlar. Sərhədçi əsgərə, bu vəziyyəti anlatmaq istəyirəm, o isə hələ də məni buraxmaq istəmir. Belə çıxır ki, adi fərdi prosedurlar nəzərə alınmadığından mən maşını oradaca atıb, özüm Gürcüstana piyada getməliyəm? Yalnız uzun-uzadı xahiş-minnətdən sonra əsgəri yolla gətirib qapıdan içəri keçirəm...
Gürcüstana niyə gedirsən?...
Ancaq sevincim uzun çəkmir. İndi də bəlli olur ki, sərhəd və gömrük əməkdaşları günorta naharına getdiklərindən biz yenə gözləməli olacağıq. Nəhayət onlar nahardan qayıdıb gəlirlər. Biz maşından düşrülürük və sənədlərmiz yoxlanılır. Sonra da bizi buraxlış məntəqəsinin önünə gətirib, pəncərənin qarşısındaca şəkilimizi çəkirlər. Yoxlama bununla bitmir, maşının içi, yük yeri ələk-fələk edilir. Daha sonra isə bizə cibimizi boşaltmalı olduğumuzu deyirlər. Cibimdən təqribən bir neçə yüz dollar və bir o qədər də Azərbaycan manatı çıxır. Həmin an eşidirəm ki, ölkədən milli valyuta çıxarmaq olmaz. Mübahisənin bir nəticə vermədiyini görüb, yenidən xahiş-minnətə keçirəm və bu nəticə verir. Ancaq bununla belə, məndən Gürcüstana gedişimin səbəbini soruşmağı da unutmurlar. Gürcüstana sadəcə turist kimi getmək istədiyimi deyib, nəhayət ki, buraxılış çeki alıram. Həmin çeki Azərbaycanın nəzarətində olan sonuncu əsgər postuna verib, oradan da neytral zonaya daxil oluram.
Neytral zona...
Neytral zonadan Azərbaycanın yeni inşa edilən «Sınıq körpü» sərhəd məntəqəsi xeyli dəbdəbəli görünür. Biz oradan keçənə qədər rəsmən açılışı olmasa da ötən ilin oktyabrından istifadəyə verilib. Məntəqənin ərazisində yardımçı binalarla yanaşı yeni müasir tipli 3 mərtəbəli inzibati bina da inşa edilib. Yardımçı binaların divarlarına isə yonulmuş, naxışlı daşlar vurulub.
Gürcüstan tərəfi-sadə, şüşə məntəqələr...
Gürcüstan sərhəd və gömrükçüləri isə sadə, şüşə məntəqələrdə otururlar. Sadəlik onların qonaqlarla davranışlarında da açıqca hiss olunur.
Orada həm maşınlar, həm də piyadalar üçün yalnız bir buraxılış məntəqəsindən istifadə edilir. Üstəlik yoxlama zamanı maşından düşmək tələb edilmir. Sənədləri maşındaca təqdim edirsən və şəkilin də elə orada çəkilir. Bu prosedur cəmi bir neçə dəqiqə çəkir və onların rus dilində «yaxşı yol» sözlərini eşidib- çaşıb qalırsan... Nə maşın yoxlanır, nə də üst baş. Düşünürəm ki, əzablı yoxlanışlar başa çatdı. Ancaq görünür mən yenidən Azərbaycana dönməli olduğumu nahaq unutmuşam. Üstəlik hələ
Gürcüstandan qayıdan Azərbaycana məxsus avtobusların saatlarla gözləməsindən xəbərsizəm. Bu barədə bir qədər sonra.
Tbilisi bazarı ucuzluqdur...
- Müqayisə uçün götürsək burda bolqar cücələrini bizim pulla 2 manat 20 qepiyə almaq olar, bizdə isə 4 manat 50 qəpiyədir. Burada balığın kiloqramının 2 manat 50 qəpiyə alırıq, bizdə həmin balıq 3 manat 50 qəpikdir. Kartof, soğan da ucuzdur...
Bu Ağstafa rayon sakini Elman Cəfərovdur. Onunla Tbilisinin mərkəzindəki «Dinamo» stadionunun yaxınlığındakı bazarın qarşısında görüşürük. Ağstafadan Tbilisiyə təqribən 100-110 kilometirdir. Elman Cəfərov dövlət sərhəddini keçməklə bu məsafəni qət edib ki, Tbilisidə ailəsinə bazarlıq etsin:
- Gəlin gedək siqaretin qiymətinə baxın, burada ucuzdur. Ərzaq lap ucuzdur. Bananın birini bizim pulla 20, 25, 30 qəpiyə almaq olar...
Elman Cəfərov deyir ki, Ağstafanın, Qazaxın yoxsul əhalisi Tbilisiyə əsasən avtobuslarla gəlirlər. Bu təqribən onlara 15 manata başa gəlir. Əvəzində isə ailələrinin bir aylıq ərzaqlarını ala bilirlər.
«Səhər gəlin bazarın qarşısına... »
Bazarın qarşısında ayaqüstü söhbət etdiyimiz gürcülər də, Azərbaycandan Tbilisiyə bazarlığa çoxlarının gəldiyini deyirlər:
- Siz səhər gəlin bazarın qarşısına, topdan satış məntəqələrinin qarşısında tamamilə azərbaycanlıları görəcəksiniz. Alma, portağal, mandarin alırlar. Nə yaxşıdır alıb, aparırlar...
Ancaq yerli sakinlər heç də Tbilisidə qiymətlərin ucuz oldugunu düşünmürlər:
- Nə ucuzluqdur? Ucuzluq deyil. Bizim ərzaq daha keyfiyyətli olur. Ona görə gəlib alırlar...
«Bəs acmı qalsınlar?... »
Bazarın içinə keçib, sıraların arası ilə hərəkət edirəm. Bananın birin 60-70 tetriyə- Azərbaycan məzənnəsi ilə təqribən 25-30 qəpiyə satırlar. Bakıda isə bir banan 50 qəpikdən ucuz deyil. Kartofun kiloqramı isə bir lari yarımdır. Bu da Azərbaycanda təqribən 75-80 qəpik edir. Azərbaycanda isə indi kartofun kiloqramı 1 manatı ötüb. Göy-göyərti isə Tbilisi bazarında Azərbaycanla müqayisədə yarı-yarı ucuzdur. Bunu isə Tbilsi bazarında göy-göyərti satan əslən azərbaycanlı olan yerli bir qadından öyrənirəm. O da Azərbaycandan müştərilərinin olduğunu deyir:
- Gələnlər çox olur.
- Bura Azərbaycandan ucuzdur ona görə?
- Nə bilim, gələn-gəlir. Bəs acmı qalsınlar?...
70-ci illərin Sovet Azərbaycanı...
Tbilisidə tanış olduğum başqa bir Ağstafa rayon sakini isə Azərbaycandakı indiki vəziyyəti ötən əsrin 70-ci illəri ilə müqayisə edir. Tez-tez Tbilisiyə bazarlığa gələn və bu üzdən adının çəkilməsini istəməyən həmin şəxs deyir ki, o vaxtlar Sovet Azərbaycanında da Sovet Gürcüstanı ilə müqayisədə ərzaq xeyli baha idi:
- Həmin vaxt Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi idi, o günləri gördük, indi oğlu İlham Əliyev prezidentdir, bu günləri görürük. O vaxt Şevarnadzenin vaxtında Gürcüstanda ucuzluq olduğu kimi, indi də Saakaşvilinin vaxtında ucuzluqdur. Dağlar qədər fərq var...
Gətirilməsi yasaq olunmuş ərzaq məhsulları...
Ağstafa rayonunun həmin sakini deyir ki, bəzi ərzaq məhsullarının Gürcüstandan alınıb Azərbaycana aparılması qeyri rəsmi yasaq edilib. Əvvəlki təcrübələrində bir neçə dəfə limon, banan aldığına görə, sərhəddə necə deyərlər başı ağrayıb:
- Bir dəfə evə bir kilo yarım limon almışdım. Sərhəddə bir leytenant limonu görəndə, bax ey limon deyib, səsləndi. Elə bil mən nəsə qeyri-qanuni bir şey keçirirdim. Dedim ki, limondur da, burada nə var ki? Dedi olmaz, yuxarıdan belə göstəriş veriblər. Həmçinin 10 banandan artıq keçirmək olmaz. O saniyə deyirlər ki, bananı satış məqsədi ilə gətirirsən...
O, sərhəddə bir məsələyə də diqqət yönəldir. Deyir ki, Gürcüstan tərəfi öz postlarında rəsmən qadağan olunmuş malların siyahısını divara vurur. Azərbaycan tərəfi bunu etmədiyindən onlar rəsmən nəyin qadağan edildiyini bilmirlər. Üstəlik onun deməsinə görə, Azərbaycan sərhəddində ayrıseçkiliyə də yol verilir. Kimlərsə Azərbaycana maşın ehtiyatlarına qədər keçirdikləri halda onlara bu imkan verilmir:
«Neçəsi aldığı təkəri sərhəddə də atıb... »
- Neçə dəfə görmüşəm, kimsə maşınının üstündə əlavə təkər gətirəndə saxlayıblar. Elə rüsum qoyurlar ki, Azərbaycandakı qiymətdən baha başa gəlir. Deyirlər ki, necə getmisən, elə də qayıt. Neçəsi aldığı təkəri sərhəddə də atıb...
Azərbaycan-möcüzələr ölkəsi...
Gürcüstandan baxanda Azərbaycan möcüzələr ölkəsinə oxşayır. Tbilisi bazarlarının qarşısında tez-tez gözə dəyən yoxsul görünüşlü, ayaqqabıları çamırlı azərbaycanlılar möcüzələr ölkəsinin tam obrazı deyil. Yəqin ki, obrazın tam formalaşması üçün bura Tbilisinin indi az qala hər küçəsində Azərbaycan Dövlət Neft Şirkətinin yenicə istifadəyə verdiyi benzindoldurma məntəqələrini də əlavə etmək lazımdır. Onlar yerli benzin doldurma məntəqələri ilə müqayisədə daha sivil, daha təmtəraqlı görünür. Gürcüstandan Azərbaycan həm çox yoxsul, həm də çox zəngin görünür. «Sınıq körpü»də Azərbaycandan Gürcüstana tez-tez xarici, elit maşınların keçdiyini də müşahidə etmişdim. Tbilisidə öyrənirəm ki, onlar da Gürcüstanın istirahət düşərgələrinə dincəlməyə gəliblər...
Rustavi maşın bazarı...
Gürcüstanda azərbaycanlıların sıx-sıx gəlib-getdiyi məkanlardan biri də Rustavi şəhərindəki maşın bazarıdır. Deyilənə görə, bu bazar istirahət günləri daha qələbəlik olur. Ancaq adi iş günündə də, bir neçə yüz metr uzanan maşın sıralarının arasında, seyrək də olsa həm satıcılar, həm də alıcılar gözə dəyirdi. Maşınların qiymətləri də Azərbaycanla müqayisədə xeyli ucuzdur. Bunun səbəbləri ilə bağlı sualımıza Aftandil adlı satıcı belə cavab verir:
- Bizdə maşın biznesində tamamilə sərbəstlikdir və liberal qanunlar hökm sürür. Heç kim, heç harda sənə hər hansı maneə yarada bilməz. Ona görə də bizdə maşın biznesi ilə məşğul olmaq çox asandır. Dövlət, ayrı-ayrı məmurlar nəinki maneələr yaratmır, üstəlik bizə hər cürə dəstək verirlər.
Gürcüstanda rüşvət yoxdur
Aftandil deməsinə görə, satışa çıxartdığı maşınları əsasən ABŞ-dan, Yaponiyadan və Avropa ölkələrindən gətirdir. Müştəriləri həm Azərbaycandan, həm də Ermənistandan olur. Azərbaycanla müqayisə aparmaq üçün ondan 1995-ci il istehsalı olan «C 220» markalı «Mercedes» maşınının qiymətini soruşuram. Belə maşınların artıq az gətirildiyini deyən Aftandilin sözlərinə görə, bu bazarda onlardan təqribən 4 min dollara tapmaq olar. Ona Azərbaycanda qeyd etdiyim göstəricilərlə «Mercedes» maşınının təqribən 8-10 min dollara satıldığını çatdırıram. O, isə qeyd edir ki, Azərbaycanda gömrük xərcləri yüksək olduğundan maşın elə baha başa gəlir. Aftandilin sözlərinə görə, Gürcüstanda həm gömrük rüsumu aşağıdır, həm də gömrükdə rüşvət yoxdur:
- Bu mümkün deyil. Təkcə maşınlara görə yox. Əgər sənin maşınında kompüter, toz sovuran və ya hər hansı bir cihaz varsa və sən onu qeydiyyata salmaq istəmirsənsə belə, rüşvət mümkün deyil. Hətta sən rüşvət təklifinə görə cinayət məsuliyyətinə cəlb edilə bilərsən...
Aldanmış Əhmədli sakini...
Maşın bazarındakı azərbaycanlılar isə gəlişlərini tək qiymət ucuzluğu ilə yox, həm də seçim imkanının genişliyi ilə izah edirdilər. Bakının Əhmədli qəsəbəsindən gəlmiş gənc bir oğlan isə deyirdi ki, burada bir dəfə onu aldadıblar. Bakıya qayıtdıqdan sonra ona bəlli olub ki, aldığı maşının rolu sağdan sola keçirilibmiş. İndi ikinci dəfə gəlişində məqsəd həmin maşını dəyişməkdir. Hər halda Gürcüstan azərbaycanlılar üçün qərib ölkədir və gözlənilməz macəralardan sığortalanmayıblar...
Yenə «Sınıq körpü»
Ancaq sərhəddin Gürcüstan tərəfində bu dəfə də hər hansı arzuedilməz bir hadisə baş vermədi. Əksinə sırada azacıq növbə yaranan kimi Gürcüstan sərhədçiləri ikinci xəti açdılar. Bir neçə dəqiqə ərzində neytral zonaya keçdik. Elə oradaca Gürcüstan mağazalarından Ağstafadakı tanışlarımdan birinə 2 ədəd litrlik araq aldım. Bunu tanışım məndən hələ Azərbaycandaca xahiş etmişdi və demişdi ki, bu sənə Azərbaycan gömrükçülərini daha yaxından tanımağa kömək edər. Yeri gəlmişkən Gürcüstanda Azərbaycanla müqayisədə araq da ucuzdur.
Növbədən kənar maşınlar buraxılır...
Azərbaycan tərəfində isə uzun növbə var idi. Ancaq ən pisi də o idi ki, bəzi sərhədçi zabitlər postda duran əsgərə nəsə deyib, növbəsiz maşınları buraxdırırdılar. Avtobuslardakı uşağa-qocaya yazığı gələn də yox idi. Kimi avtobustada yeməyini yeyir, bəziləri də maşından düşüb zəruri ehtiyaclarını ödəmək üçün münasib məkan axtarışında idi. Bizə sadəcə gözləmək qalırdı. Növbə bizə çatanda necə deyərlər bəxt yenə üzümüzə gülmədi. Əksinə bizi saxlayıb ardıcıl növbəsiz maşınları buraxmağa başladılar. Artıq səbrim qalmadığından qapının qarşısında var-gəl edən sərhədçi əsgərə bizim də evə getməli olduğumuzu deyirəm. Bu irad qalın, ağ kürk geyinmiş və kəmərindən uzun xəncərə oxşar bıçaq sallanan bu əsgərin xoşuna gəlmir və məni maşından düşürür. O da mənim piyadalar üçün nəzərdə tutulan qapıdan keçməli olduğumu deyir. Həmin sıravi sərhədçini xahiş, minnətlə də başa sala bilmirəm ki, maşın mənim adıma olduğundan sürücünü saxlayacaqlar. O, deyir ki, Gürcüstana keçəndə sizə maşının qeydiyyat qəbzi verildiyindən əvvəlki problem yaşanmayacaq. Sərhədçiyə inanıb piyadalar üçün nəzərdə tutulan zonadan keçirəm, ancaq maşın gəlib çıxmır. Sürücü mobil telefonla xəbər verir ki, onu yenə saxlayıblar. Lənət şeytana indi də qayıtmaq istəyirəm, girişdəki sərhədçi əsgər qayıtmağa qoymur. Uzun–uzadı telefon danışıqlarından sonra əsgər ratsiya ilə xəbərdar edilir və geri qayıdıb maşındaca yoxlamadan keçirəm.
İkinci yoxlama...
Ancaq bu da hələ son deyil. Yoxlamadan sonra maşını sürüb getmək istəyirik ki, arxadakı maşınlardan biri bizim önümüzə keçir. Bu maşının yaşlı sürücüsü də deyir ki, ağ saçına hörmət edib, ona növbəmizi verməliyik. Yaşlı sürücüyə hörmət bizə baha başa gəlir. Başqa gömrük əməkdaşları gəlir və onlar da maşınımızı yoxlamağa başlayırlar. Artıq yoxlamadan keçdiyimizi deməyimizin də bir faydası olmur. Belə çıxır ki, kim-kimi harada tutdu yoxlaya bilər. Nə isə, ikinci yoxlama daha uzun çəkir və bu dəfə aldığım arağa da qəbz istəyirlər. Ancaq bir neçə dəqiqə çəkən söz-söhbətdən sonra gömrük əməkdaşları da başa düşür ki, Gürcüstana qayıdıb araq üçün qəbz gətirməyimiz bundan sonra mümkün deyil.
«Camaat neyləsin... »
Geri qayıdanda girişdə Ağstafa rayonuna getmək istəyən 35-40 yaşlı bir yolçu ilə də tanış oluruq. O da Gürcüstandan, bazarlıqdan qayıdır. Ondan bu gediş-gəlişin çətinliklərinə necə dözdüklərini soruşuram:
- Adicə mən bir kiloqram sosiska gətirim, kolbasa gətirim, siqaret gətirim, hər şeydə problem yaradırlar. Ona da imkan vermirlər. Camaat nə etsin? İş yox, hər şey bahalaşıb. Dəmir yolunun qiyməti belə. Ailə 85 manat pensiya ilə necə dolansın? Gürcüstandan nəsə gətirirsən ki, 5-10 manat qabağa düşəsən. Ona da imkan verilmir...
Təntənəli açılış...
Bakıya dönəndən sonra, yerli televiziyalardan birində prezident İlham Əliyevin iştirakı ilə «Sınıq körpü» sərhəd keçid məntəqəsinin təntənəli rəsmi açılış mərasimini izləyirəm. Prezident bölgəyə səfər edib. Mərasimdə qeyd edilir ki, Cənubi Qafqaz regionunda belə müasir sərhəd keçid məntəqəsi yalnız Azərbaycandadır. Üstəlik prezident gömrük məntəqəsinin əvvəlki və indiki vəziyyətini əks etdirən fotoguşəyə baxır.
Artıq mərasimin məndə hər hansı bir maraq doğurmadığını görüb, kanalı dəyişirəm...
Tbilisi-Rustavi-Akstafa-Bakı