Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:52

Yol cərimələri yalnız bank və kartla ödənəcək


Prezident İlham Əliyev fevralın 14-də yol polisi əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və onlar qulluq vəzifələrinin icrasına nəzarəti artırmaqla bağlı sərəncam verib.

Sərəncamda qeyd edilir ki, bundan sonra yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələrin 25 faizi yol polisi əməkdaşlarına veriləcək. Sərəncama görə bu məbləğ yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq.

Prezident həmin sərəncamında Nazirlər Kabinetinə tapşırır ki, bir ay müddətində yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibati xətalara görə cərimələrin yalnız bank və ya plastik kart vasitəsilə ödənilməsini təmin etmək üçün qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflərini prezidentə təqdim etsin.

Hökumət həmçinin bir aya inzibati xəta törətmiş şəxsin sürücülük vəsiqəsinin götürülməsi ilə əlaqədar “Yol hərəkəti haqqında” qanunun müddəalarının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəalarına uyğunlaşdırılmasına dair təkliflərini verməlidir.

Dövlət başçısı Nazirlər Kabinetinə tapşırıb ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində xidmət edən əməkdaşların vəzifələrinin icrasına nəzarəti gücləndirsin.

Yanvarın sonundan Azərbaycanda rüşvət və korrupsiyaya qarşı rəsmi kampaniya başlayıb. Dövlət başçısı vətəndaşlara da müraciət edib ki, belə hallar barədə ona müraciət etsinlər.

Amma tənqidçilər bildirirlər ki, ölkədə ümumi idarəetmə sistemi dəyişməyincə, korrupsiyanın qarşısını almaq mümkün olmayacaq.
XS
SM
MD
LG