Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:10

Liviyada 100-dən çox adamın öldürüldüyü xəbər verilir


Human Rights Watch təşkilatı Liviyada keçirilən etiraz nümayişləri zamanı azı 104 adamın öldürüldüyünü xəbər verir.

Ordu qüvvələri şənbə günü Benqazi şəhərində nümayişçiləri atəşə tutub.

Şahidlər şəhərdə xaos yarandığını, nümayişçilərin evlərin damından iri çaplı silahlar və snayperlərdən atəşə tutulduğunu deyirlər.

Xarici kütləvi informasiya vasitələri ölkəyə buraxılmadığından ölənlərin sayını dəqiqləşdirmək mümkün deyil.

Liviya hökuməti ölənlərin sayı və ölkədə baş verənlər barədə məlumat vermir.

Britaniyanın “The İndependent” qəzeti yazır ki, Benqazidə ölü sayı 200-ə çata bilər.

Həmçinin ölkənin digər şəhərlərində təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında toqquşmalar olduğu xəbər verilir.

Ölkə paytaxtı Tripolidə isə nisbi sakitlikdir.

Ölkənin dini liderləri təhlükəsizlik qüvvələrini dinc sakinlərin qətlini dayandırmağa çağırıblar.

Nümayişçilər ölkədə islahatlar aparılmasını tələb edirlər.

Prezident Muammar Gaddafi 40 ildən çoxdur ki, hakimiyyətdədir.
XS
SM
MD
LG