Dövlət televiziyası ilə yayınlanan uzun çıxışında Liviya lideri Müəmmər Qəddafi ölkəni tərk etmədiyini, istefa verməyəcəyini, son damla qanına qədər döyüşəcəyini, şəhid olacağını deyib.
Qışqıra-qışqıra, hədə-qorxu ilə danışan Qəddafi ölkədəki üsyana görə Qərb dövlətlərini iittiham edib, etirazçıların xarici qüvvələrə işlədiyini bildirib.
O, xalqa qarşı sulah işlətmədiyini, amma üsyana son qoymaq üçün silah işlətməyə hazır olduğunu da deyib.
Qəddafi xatırladıb ki, Liviya qanunlarına görə, "xarici qüvvələrə işləyənlər ölüm hökmü ilə cəzalandırılır".
O deyib ki, etirazçılar Liviyanı İslam dövlətinə çevirmək istəyirlər.
Qəddafi hökumətə qarşı çıxanları "silahları təhvil verməyə" çağırıb.
Onun fikrincə, Liviya parçalanmaq təhlükəsi qarşısındadır.
Qəddafi əhalini etirazçılara müqavimət göstərməyə çağırıb:
"Əgər Qəddafini sevirsinizsə, küçələrə çıxın".
Qəddafi müəyyən islahatlar da söz verib, bələdiyyələrin yaradılacağını vəd verib.
Liviyanın bir neçə şəhərinin isə artıq üsyançıların əlinə keçməsi haqda xəbərlər var.
Bu arada BMT-nin Təhlükəsizlik Şurası
Liviya ilə bağlı fövqəladə iclasını keçirir
Diplomatlar Liviyanın hava məkanını bağlı elan etməyə çağırırlar ki, bu ölkənin hökuməti təyyarə və vertolyotlarla öz xalqını bombalamasın.
Diplomatlar BMT-nin Təhlükəsizlik Şurasını çağırırlar ki, BMT xartiyasının 7-ci maddəsinə istinad edərək Liviya hava qüvvələrinin hökumətə qarşı çıxan insanları bombalamasının qarşısını alsın.
Şahidlərin və müxalifətçilərin dediyinə görə, Liviya lideri Müəmmər Qəddafiyə yaxın hərbi qüvvələr bir neçə şəhərdə yüzlərlə insanı qətlə yetiriblər.
Paytaxt Tripolidə və ölkənin ikinci böyük şəhəri olan Benqazidə təyyarə və vertolyotlar ağına-bozuna baxmadan kütləyə atəş açıblar.
Qəddafi hökumətini tənqid edənlərin sayı artır və BMT-nin baş katibi Ban Ki Mun da istisna deyil.
“Liviya hakimiyyəti nümayişçilərə təyyarə və vertolyotlardan atəş açıb. Bu qəbuledilməzdir. Buna dərhal son qoyulmalıdır”.
Diplomatlar deyirlər ki, Liviyanın hava məkanını bağlı elan etmək üçün bütün əsaslar var, bunu Maltaya enmiş iki Liviya təyyarəsinin pilotları da təsdiqləyə bilər.
Pilotlar bildiriblər ki, Benqazidə dinc əhalini bombalamaq əmrinə tabe olmayaraq Maltaya uçublar. Onlardan biri Maltadan siyasi sığınacaq da istəyib.
BMT-nin İnsan haqları üzrə ali komissarı Navi Pillay Liviya hökumətinin gücdən istifadəsinin araşdırılması üçün
beynəlxalq qrupun yaradılmasına çağırıb
O deyib ki, belə güc tətbiqi insanlığa qarşı cinayət səviyyəsinə qalxa bilər.
Liviyanın xarici ölkələrdəki səfirləri isə bir-birinin ardınca vəzifələrindən istefa verirlər.
Liviyanın Amerika, Çin, Hindistan, Banqladeş və İndoneziyadakı səfirləri xalqa qarşı güc tətbiqinə etiraz olaraq vəzifələrindən gediblər.
Liviyanın BMT-dəki səfirinin müavini İbrahim Dabaşi deyib ki, əgər Qəddafi istefa verməsə, xalq özü ondan canını qurtaracaq.
O da zorakılığı "nümayişçilərin qətliamı” kimi qiymətləndirib.
“Biz gördüklərimizdən belə nəticə çıxarırıq ki, Qəddafinin oğlu xalqa qarşı müharibə elan edib. Belə vəziyyətdə susmaq mümkün deyil və biz Liviya xalqının səsini dünyaya çatıdırırıq”.
Liviyada hökumətin etirazçılara qarşı zorakılığını Amerika, Avropa Birliyi, Çin, Hindistan, İran və İndoneziya da pisləyiblər.
Bu arada bəzi liviyalılar və əvnəbi işçilər ölkədən qaçmağa çalışırlar.
Misirlə sərhədə 10 min adam toplaşıb
Misir rəsmiləri deyir ki, Liviyada işləyən 1,5 milyon misirlinin ölkəyə qaytması ilə bağlı böyük problemlə üzləşiblər.
Misir bunun üçün ikinci bir sərhəd buraxılış məntəqəsi açmağa məcbur olub.