«Xalq Müsavatın qərarını gözləmədən nəyi isə dəyişəcəksə, buna sevinəcəyik».
AzadlıqRadiosunun «İşdən sonra» proqramında suallara cavab verən Müsavat Partiyasının başqanı İsa Qəmbər belə deyib.
İctimai Palatanın kütləvi tədbirlər haqda son qərarları haqda danışan partiya sədri deyib ki, öncədən Palatanın nə qərar qəbul edəcəyini proqnozlaşdırmaq düzgün olmaz:
«Müzakirə olundu. Kütləvi tədbirlərə başlamaq haqqında yekdil mövqe əldə olunmadı. Amma ümumi belə bir qərar qəbul olundu ki, prinsip etibarı ilə kütləvi tədbirlərə başlanılmalıdır. Amma bununla bağlı Koordinasiya Şurası bu müzakirələri davam etdirməlidir».
Azərbaycanda xalq hərəkatı başlasa, onun içində olacaqlarını deyən Müsavat başqanı bildirib ki, belə olsa, Müsavat Partiyası olaraq buna dəstək verəcəklər:
«Xalq Müsavatın qərarını gözləmədən nəyi isə dəyişəcəksə, biz təbii ki, bu xalqın bir hissəsi kimi bu xalqın içində olacağıq. Sevinəcəyik ki, xalq öz sözünü dedi. Sadəcə olaraq, biz xalqın bir hissəsi olaraq XALQ HƏRƏKATA GƏLƏNDƏ, O PROSESİN İÇİNDƏ OLURUQ. Xalq hərəkətə gəlməyəndə isə, biz özümüz üzərimizə düşən nədirsə onu etməyə çalışırıq...».
Partiya sədri dinləyicilərin «Niyə yerinizi gənclərə vermirsiniz» sualına cavabında isə deyib ki, gənclər ortaya çıxsın, o yerini onlara verməyə hazırdır:
«20 ildən çoxdur ki, bizə deyirlər ki, siz çəkilin, başqası gələcək. Biz də gözləyirik ki, gəlib çıxsın. Biz də görək ki, kim gəlir, necə gəlir, dəstək verək həmin qüvvəyə. Hələ ki, qısamüddətli parıldayan ulduzlar çox olub, ancaq ortaya mütəşəkkil bir qüvvə qoyan, fəaliyyət qoyan bir təşkilat, partiya bu illər ərzində biz görməmişik».
Dinləyicinin alternativ kimi Erkin Qədirlinin adını çəkməsinə Müsavat başqanı deyib ki, onun bu şəxs haqda müsbət fikirləri olsa da, onun əvəzinə qərar qəbul edə bilməz:
«Erkin Qədirlini mən neçə illərdir tanıyıram və xətrini də çox istəyirəm. Bir insan kimi ləyaqətli insandır. Gənc yaşlarında professional bir hüquqşünas kimi etimad qazanmış bir şəxsdir. Mən hər vəchlə İSTƏYİRƏM Kİ, ERKİN BƏY DAHA FƏAL OLSUN. Mən istəyirəm ki, o, daha iddialı bir şəkildə ortaya çıxsın. O, «ReAL» hərəkatının həmsədridirsə, daha birmənalı şəkildə öz siyasi iradəsini lider olaraq ortaya qoysun. İstəyirəm ki, İctimai Palataya gəlsin, mövqe tutsun, fəaliyyət göstərsin. Amma bu, mənim istəklərimdir. Mən Erkin bəyin əvəzinə qərar qəbul edə bilmərəm».
Başqan ölkədə aparılan korrupsiyaya qarşı mübarizəyə də münasibətini bildirib. O deyib ki, buna inanmaq lazım deyil. Bu, imitasiyadır və hakimiyyətdaxili problemlərin həllinə xidmət edə bilər.
İsa Qəmbər Müsavatın 12 mart üçün planlaşdırdığı aksiyaya da toxunub:
«Biz sözümüzü demişiksə ki, İNQİLAB İSTƏMİRSƏNSƏ, İSLAHATA BAŞLA və hakimiyyət də heç bir şey etmirsə, deməli xalq özü hərəkətə gəlməlidir. Ictimai qüvvələr, siyasi təşkilatlar hərəkətə gəlməlidirlər. Güclərini, iradələrini ortaya qoymalıdırlar. Müsavatın 12 martda mitinq keçirməsini məqsədəuyğun hesab etməsi də bu məntiqdən irəli gələn bir hadisədir. Bu istiqamətdə də biz öz strateji planlarımıza uyğun şəkildə hərəkət edəcəyik».
İsa Qəmbər deyib ki, bu aksiyalarda kimlərsə həbs olunsa, həbs olunmayanlar həmin şəxsi müdafiə edəcək. Partiya sədri bildirib ki, belə şeylərə görə mövqelərini dəyişəsi deyillər.