Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:44

İlham Əliyev: «Korrupsiya və rüşvətxorluq böyük bəladır»


İQTİSADİYYAT İNKİŞAF EDİB

2009 - 2010-cu illərdə dünyada hökm sürən maliyyə böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatı inkişaf edib. Son iki il ərzində ölkə iqtisadiyyatı 15 faiz artıb.

Bunu martın 1-də Bakı Biznes Mərkəzində regionların 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarında həsr olunmuş konfransda prezident İlham Əliyev deyib.

İlham Əliyev deyib ki, Azərbaycan qarşıda duran bütün vəzifələri uğurla yerinə yetirəcək: «Biz dövlət və özəl sektorun inkişafı ilə xarici ölkələrə daha çox sərmayə qoya bilərik. Bu Azərbaycanın beynəlxalq əməkdaşlığını daha da genişləndirəcək».

Ötən il Azərbaycan iqtisadiyyatına 15,4 faiz milyard dollar sərmayə qoyulub. Son 6-7 ildə ölkədə 2 mindən çox məktəb, 400 mindən artıq səhiyyə ocağı tikilərək istifadəyə verilib.

Prezident regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarını yüksək qiymətləndirib. Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu vurğulayıb.

Kiminsə bizim müstəqil siyasət aparmağımızdan xoşu gəlmir. Müxtəlif yollarla, bəzi hallarda təxribat xarakterli yollarla Azərbaycana təzyiq etmək cəhdləri olur.

Bunu prezident İlham Əliyev martın 1-də Bakı Biznes Mərkəzində regionların 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarında həsr olunmuş konfransda deyib:

AZƏRBAYCAN MÖHKƏMLƏNİR

«Azərbaycan müstəqil dövlət kimi güclənir, möhkəmlənir. Azərbaycan müstəqil dövlət kimi öz müstəqil siyasətini aparır. Kiminsə bizim müstəqil siyasət aparmağımızdan xoşu gəlmir. Kimisə bu qıcıqlandırır. İstər-istəməz müxtəlif yollarla, bəzi hallarda təxribat xarakterli yollarla Azərbaycana təzyiq etmək cəhdləri olur. Biz müstəqil siyasət aparırıq. Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür».
Bu mövzuda daha ətraflı

2012-ci ilin sonuna qədər qazlaşdırılmamış bir kənd qalmayacaq.

Bunu prezident İlham Əliyev martın 1-də Bakı Biznes Mərkəzində regionların 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda deyib.

Proqramda kənd təsərrüfatının dirçəlişi ilə yanaşı kənd yollarının təmiri də nəzərdə tutulub.

«Korrupsiyaya qarşı mübarizə tədbirlər bir-iki illik proses və kampaniya deyil. İnsanları incidənlər və əsassız tələblər irəli sürənlər cəzalandırılmalıdır».

KORRUPSİYA VƏ RÜŞVƏTXORLUQ BÖYÜK BƏLADIR


Bunu prezident İlham Əliyev martın 1-də Bakı Biznes Mərkəzində regionların 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransında deyib:

«Ölkənin bütün yerlərində bu məsələ ilə bağlı ciddi proseslər gedir. İlkin müsbət nəticələri görürük. Elə etməliyik ki, bu nəticələr daha da gözə görünən olsun. Daha da təsirli olsun. Bu proses bir illik, ya iki illik proses deyil. Bu kampaniya deyil. Bu bizim şüurlu seçimimizdir. Əgər biz doğurdan da ölkəmizi müasir ölkə kimi görmək, ölkədə bütün sahələrdə inkişafı görmək istəyiriksə, biz mütləq xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmalıyıq. Korrupsiya və rüşvətxorluq böyük bəladır. Böyük yaradır və bizim üçün böyük ləkədir. Elə etməliyik ki, bütün sahələrdə şəffaflıq təmin edilsin. Burada həm inzibati tədbirlər, görülür və görüləcək. Cəza tədbirləri görülür və görüləcək. Eyni zamanda biz struktur islahatlarını elə aparmalıyıq ki, korrupsiya, rüşvətxorluq üçün olan meydan tamamilə aradan götürülsün».

NƏTİCƏLƏRİ BİZ GÖRÜRÜK

Prezident deyib ki, ancaq struktur islahatlarla istədiyimiz nəticəyə nail ola bilməyəcəyik: «Ona görə bütün dövlət qurumları, bütün dövlət şirkətləri, yerli icra orqanları bilməlidirlər ki, hər bir məmur öz işində elə işləməlidir ki, həmişə üzü ağ, alnı açıq olsun».

«Artıq bu xoşagəlməz hallara qarşı ciddi mübarizənin birinci nəticələrini biz görürük. Ümid edirəm ki, yaxın zamanlarda daha da böyük nəticələri görəcəyik. Mən bir daha Azərbaycan ictimaiyyətinə müraciət etmək istəyirəm. Bir dəfə artıq müraciət etmişəm və bu müraciətin çox yaxşı nəticəsi olub. Mənə bütün bölgələrdən Prezident Administrasiyasına məktublar gəlir. Həm təşəkkür, həm şikayət məktubları».

Prezident süni qiymət artımının aradan qaldırılması ilə bağlı da tapşırıqlar verib.
XS
SM
MD
LG