Gürcüstan paytaxtında fəaliyyət göstərən "Universal" nəşriyyatı "Koroğlu" dastanı gürcü və Azərbaycan dillərində nəşr edilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, kitabı Tiflisdəki "Varlıq" Mədəniyyət Mərkəzi (VMM) nəşrə hazırlayıb.
Dastanı gürcü tərcüməçisi və şairi Zezva Medulaşvili tərcümə edib.
Layihənin müəllifi və nəşrin redaktoru Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin sədri, VMM-in direktoru, şair Rafiq Hümmətdir.
Kitab Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə çap edilib. Kitaba ön sözü Azərbaycanın Gürcüstandakı səfiri, professor Namiq Əliyev yazıb.
Rafiq Hümbət APA-ya açıqlamasında bildirib ki, dastanın iki dildə nəşr olunması gürcü dilini öyrənən azərbaycanlılara vəsait kimi kömək olacaq:
“Koroğlu barədə əfsanələr, rəvayətlər Gürcüstanda da dolaşmaqdadır. Azərbaycan türkcəsində yazıb-yaradan gürcü aşıqlarının repertuarında Koroğlu ilə bağlı məqamlar çoxdur.
Gürcü alimləri də bu nəşrdən elmi işlərin meydana gəlməsində istifadə edə biləcəklər. İnanırıq ki, dastanın gürcü və Azərbaycan dillərində çap olunması hər iki xalqın dostluğuna və sıx əlaqələrinə daha da yardımçı olacaq".