Narkotik saxlama ittihamı ilə həbs edilən Cabbar Savalanın hüquqlarının müdafiəsi ilə əlaqədar martın 5-də AXCP, Müsavat gənclər təşkilatları və ölkənin bir sıra müstəqil qurumları bir yerə toplanıb.
Onlar C. Savalanın həbsinin siyasi sifariş olduğunu bildiriblər, bunu hakimiyyətin müstəqil fikirli gənclərə qarşı siyasəti kimi dəyərləndiriblər.
Gənclər hakimiyyətdən Cabbar Savalanlının dərhal buraxılmasını tələb ediblər.
Toplantıda martın 4-dən bəri barəsində heç bir informasiya olmayan AXCP üzvü Dəyanət Babayevin itməsi, Bəxtiyar Hacıyevin həbsinə də toxunulub.
Gənclər hesab edir ki, Dəyanət Babayev hüquq-mühafizə orqanları tərəfindən oğurlanıb.
Tədbirin sonunda beynəlxalq təşkilatlara və ölkə ictimaiyyətinə müraciət qəbul edilib. /Turan/