İlin xəzəl çağı toyda-nişanda,
Səs-səsə tutardı qızlar, gəlinlər.
Bulaq qaynayardı dəstə başında,
Halaya düşərdi toya gələnlər.
Əllər hörülərdi biri-birinə,
Havada sünbüllər yırğalanardı.
Ürəyi atlanan qönçə qızların
Qulağı mahnıyla sırğalanardı.
Üz-üzə, göz-gözə duran gözəllər
Oğullar boynuna boy gətirərdi.
Oxuyub həsrəti yoran gözəllər
Toyların dalınca toy gətirərdi.
Nazlana-nazlana qalxardı nəğmə,
Əsərdi tarlaya, çöllərə sarı.
Xatirə-xatirə bar gətirərdi
Halay müəllimi kənd qarıları.
Mahnı geyinərdi çılpaq budaq da,
Nəğmə tifiliydik, söz uşaqları.
Hamıdan xəbərsiz, gözdən uzaqda
Mahnılar böyütdü biz uşaqları.
O, ilmə yaddaşa toxundu getdi,
Mahnısız qalan var mahnı yaşında.
O qızlar mahnıtək oxundu getdi,
Yerləri göründü toyda-nişanda.
***
Sevdalı sevdasızım,
Sevda dərsi keçilməz.
Allahı sonradan qazanmaq olmur,
O, səndə var, ya da yox.
Yanar işıldaböcəklər,
Sönər işıldaböcəklər.
Nəğmələrin qolları
qandal götürməz.
Türmə böyüklərin uşaq bağçası,
Uşaqların türməsidi bağçalar.
Sonradan azadlıq qazanmaq olmur,
Adam azad olur,
Ya da ki kölə.
Yanar işıldaböcəklər,
Sönər işıldaböcəklər.
Külqabıya gül qoyursan hələ də,
Güldanlara kül tökürsən hələ də.
Həyatda Haqq aramaq -
Özü də haqsız işdi.
Haqqı da sonradan qazanmaq olmur.
Allahı da elə,
Sevdanı da elə.
Yanar işıldaböcəklər,
Sönər işıldaböcəklər.
***
Onu aldatmağa cəhd də eləmə,
O, çoxdan qurbandı aldanışlara.
Duası dilində,
Gülü əlində qalıb
Gedir başıloylu
hara getdiyini bilməyən kişi.
Oxumayın dil dönməyən mahnıları,
Ölümü də dolayıb,
yüz dəfə ölüb-dirilib.
Silin adını maaş cədvəlindən,
Başdaşından da.
(Qulağını bəri elə, yaxşısını mən deyim,
Birkərəmlik unudun getsin).
***
Özündən savayı kimə çay süzür?
Sönür gur işıqlar, yanır tənha şam.
Əlində tutduğu qələmi gəzir,
“harda itirmişəm, hara qoymuşam?”.
Yuyub yuxusunu, yuyub üzünü,
Soyunub-geyinib beş dəfə azı.
Taybatay qapıya dikib gözünü,
“Çıxa qaranlıqdan biri yol azıb”.
- Ay səni xoş gəldin, - deyir oğruya,
Oğru da qapıda mat qalıbdı, mat.
- Dayan, iki kəlmə söhbət eləyək,
Sonra da nəyim var, yığışdırıb get.
***
Misir torpağısan, nanə yarpağı,
Hər qadının öz ətri var,
bağla gözlərimi,
burax bu dünyanın küçələrinə,
min gözəl içindən seçərəm səni,
Birim, Bircəm, Qadınım!
Qaf dağım, İrəm bağımsan,
Saç ağarıb,
oğul-uşaq basıbdı,
1978-ci ildə olduğu kimi
İndi yenə deyirsən:
“İkimizə bircə qəbir qazılsın”.
Birim, Bircəm, Qadınım!
***
Çiləpə qar yağmışdı,
Ömrümün çılçıraq budaqlarına.
Uçan notdu sərçələr,
Qonar, uçar,
nəğmələr yazar.
Yaz gəlincə,
nəğmələr damcılar
ömrün itgin düşən bəyazlığından.
Kor olmuş,
Gör oxuya bilirsənmi bu nəğməni,
Toxundur hisslərini,
Kirli ürəyində bakirə yer qalıbsa,
Ordan başla oxumağa.
Qulağım doludu vida səsiylə,
Mən bu viranxanaya
Addım səsi,
Vida çığırtısı eşitməyəmi gəldim.
Çiləpə qar yağmışdı,
Üşüyən sərçələrin
donan budaqlarına.
***
Hələ təyin olunmayan
telefon nömrəsindən zəng elə,
Hələ ad qoyulmayıb
“E...hey...!” çağır,
Əks-səda versin səsin
Göy qübbəsi altında.
Görüşə gəl yağış məmləkətinə
(Cənublu olduğumu unutma),
Ya Dominikana,
Ya Tailanda -
Ekzotik ölkələrin birinə.
Mən liman gözlüyəm, vağzal üzlüyəm,
Mən Yağış Adamam,
görüşə gəl
yağış məmləkətinə.
***
Həyat yaşanmaz hala gəldi,
Hər açılan sabahı
Çiynimdə daşımaq
günü-gündən zor gəlir...
Eyzən sevgi haqda düşündüyümtək,
İntihar barədə çox düşünürəm.
Heç bilirsən necə rahat,
Necə məmnun oluram?
Təhlükəli bir boşluqda
fırlanır ömrümün yer kürəsi,
“ölüm” sözünü
- “gülüm” kimi yazıram.
Bütün bunlar nə demək?
Bütün bunlar nə demək ki,
Artıq... hazıram
"Azərbaycan" jurnalı
Səs-səsə tutardı qızlar, gəlinlər.
Bulaq qaynayardı dəstə başında,
Halaya düşərdi toya gələnlər.
Əllər hörülərdi biri-birinə,
Havada sünbüllər yırğalanardı.
Ürəyi atlanan qönçə qızların
Qulağı mahnıyla sırğalanardı.
Üz-üzə, göz-gözə duran gözəllər
Oğullar boynuna boy gətirərdi.
Oxuyub həsrəti yoran gözəllər
Toyların dalınca toy gətirərdi.
Nazlana-nazlana qalxardı nəğmə,
Əsərdi tarlaya, çöllərə sarı.
Xatirə-xatirə bar gətirərdi
Halay müəllimi kənd qarıları.
Mahnı geyinərdi çılpaq budaq da,
Nəğmə tifiliydik, söz uşaqları.
Hamıdan xəbərsiz, gözdən uzaqda
Mahnılar böyütdü biz uşaqları.
O, ilmə yaddaşa toxundu getdi,
Mahnısız qalan var mahnı yaşında.
O qızlar mahnıtək oxundu getdi,
Yerləri göründü toyda-nişanda.
***
Sevdalı sevdasızım,
Sevda dərsi keçilməz.
Allahı sonradan qazanmaq olmur,
O, səndə var, ya da yox.
Yanar işıldaböcəklər,
Sönər işıldaböcəklər.
Nəğmələrin qolları
qandal götürməz.
Türmə böyüklərin uşaq bağçası,
Uşaqların türməsidi bağçalar.
Sonradan azadlıq qazanmaq olmur,
Adam azad olur,
Ya da ki kölə.
Yanar işıldaböcəklər,
Sönər işıldaböcəklər.
Külqabıya gül qoyursan hələ də,
Güldanlara kül tökürsən hələ də.
Həyatda Haqq aramaq -
Özü də haqsız işdi.
Haqqı da sonradan qazanmaq olmur.
Allahı da elə,
Sevdanı da elə.
Yanar işıldaböcəklər,
Sönər işıldaböcəklər.
***
Onu aldatmağa cəhd də eləmə,
O, çoxdan qurbandı aldanışlara.
Duası dilində,
Gülü əlində qalıb
Gedir başıloylu
hara getdiyini bilməyən kişi.
Oxumayın dil dönməyən mahnıları,
Ölümü də dolayıb,
yüz dəfə ölüb-dirilib.
Silin adını maaş cədvəlindən,
Başdaşından da.
(Qulağını bəri elə, yaxşısını mən deyim,
Birkərəmlik unudun getsin).
***
Özündən savayı kimə çay süzür?
Sönür gur işıqlar, yanır tənha şam.
Əlində tutduğu qələmi gəzir,
“harda itirmişəm, hara qoymuşam?”.
Yuyub yuxusunu, yuyub üzünü,
Soyunub-geyinib beş dəfə azı.
Taybatay qapıya dikib gözünü,
“Çıxa qaranlıqdan biri yol azıb”.
- Ay səni xoş gəldin, - deyir oğruya,
Oğru da qapıda mat qalıbdı, mat.
- Dayan, iki kəlmə söhbət eləyək,
Sonra da nəyim var, yığışdırıb get.
***
Misir torpağısan, nanə yarpağı,
Hər qadının öz ətri var,
bağla gözlərimi,
burax bu dünyanın küçələrinə,
min gözəl içindən seçərəm səni,
Birim, Bircəm, Qadınım!
Qaf dağım, İrəm bağımsan,
Saç ağarıb,
oğul-uşaq basıbdı,
1978-ci ildə olduğu kimi
İndi yenə deyirsən:
“İkimizə bircə qəbir qazılsın”.
Birim, Bircəm, Qadınım!
***
Çiləpə qar yağmışdı,
Ömrümün çılçıraq budaqlarına.
Uçan notdu sərçələr,
Qonar, uçar,
nəğmələr yazar.
Yaz gəlincə,
nəğmələr damcılar
ömrün itgin düşən bəyazlığından.
Kor olmuş,
Gör oxuya bilirsənmi bu nəğməni,
Toxundur hisslərini,
Kirli ürəyində bakirə yer qalıbsa,
Ordan başla oxumağa.
Qulağım doludu vida səsiylə,
Mən bu viranxanaya
Addım səsi,
Vida çığırtısı eşitməyəmi gəldim.
Çiləpə qar yağmışdı,
Üşüyən sərçələrin
donan budaqlarına.
***
Hələ təyin olunmayan
telefon nömrəsindən zəng elə,
Hələ ad qoyulmayıb
“E...hey...!” çağır,
Əks-səda versin səsin
Göy qübbəsi altında.
Görüşə gəl yağış məmləkətinə
(Cənublu olduğumu unutma),
Ya Dominikana,
Ya Tailanda -
Ekzotik ölkələrin birinə.
Mən liman gözlüyəm, vağzal üzlüyəm,
Mən Yağış Adamam,
görüşə gəl
yağış məmləkətinə.
***
Həyat yaşanmaz hala gəldi,
Hər açılan sabahı
Çiynimdə daşımaq
günü-gündən zor gəlir...
Eyzən sevgi haqda düşündüyümtək,
İntihar barədə çox düşünürəm.
Heç bilirsən necə rahat,
Necə məmnun oluram?
Təhlükəli bir boşluqda
fırlanır ömrümün yer kürəsi,
“ölüm” sözünü
- “gülüm” kimi yazıram.
Bütün bunlar nə demək?
Bütün bunlar nə demək ki,
Artıq... hazıram
"Azərbaycan" jurnalı