YUMURTANIN QİYMƏTİ DÜŞÜR YA DÜŞMÜR?
Redaksiyaya girən kimi Mətanət xala məni muştuluqladı. Dedi ki, prezidentin çıxışından sonra yumurtanın qiyməti düşüb, 15 qəpik olub. Sevincdən gözləri parıldayan Mətanət xala hələ aldığı bir qutu yumurtanı da göstərdi. Bayramqabağı od qiymətinə satılan yumurtanın ucuzlaşmasına görə dönə-dönə şükr elədi.
“BİR NEÇƏ YUMURTA İSTEHSALÇISI BİLƏCƏK Kİ...”
Martın 9-da prezident İlham Əliyev müşavirədə yumurtanın bahalanmasından danışıb. O bunu inhisarçılıqla izah edib:
“Bu, sırf “Kartel sövdələşməsi”nin təzahürüdür. Mən dərhal göstəriş verdim ki, yumurtanın qiymətini süni şəkildə şişirdənlər cinayət məsuliyyətinə cəlb olunsunlar. Cinayət işi açılıbdır və bunu edənlər öz cəzasını alacaqlar. Bu gün özlərini vicdansızcasına aparan sahibkarlar, süni şəkildə qiyməti artıran bir neçə yumurta istehsalçısı görəcək ki, dövlətin onlara qarşı cəza tədbiri nədən ibarət olacaqdır…”
Yeri gəlmişkən, Kartel – bir qrup sahibkarın inhisarçı sazişi və uyğun birlik formasıdı.
Prezidentin çıxışından sonra doğrudan da bəzi mağazalarda yumurta ucuzlaşıb. Bayram tədarükü görən Bakı sakini Səmayə xala:
- Bu gün ərzaq mağazasına girəndə çox sevindim. Yumurtanın qiyməti aşağı düşüb. Bir həftə qabaq yumurtanı 27, 26, 23 qəpiyə almışdım. Bu günsə 15 qəpikdi. Çox sevindim. Dedim, şükr, heç olmasa bayramda yumurta boyaya bilərik.
BƏZİ MAĞAZALARDA QİYMƏT DƏYİŞMƏYİB
Amma maraqlıdır ki, bəzi yerlərdə yumurta hələ də 20-25 qəpiyə satılır. Məsələn, Bakıda Cəfər Cabbarlı küçəsindəki bir neçə mağazada yumurtanın qiyməti 20 qəpikdir. Satıcılar deyirlər ki, yumurtanı bu səhər topdansatışdan götürüblər. Özü də əvvəlki qiymətə.
Axşama doğrusa İqtisadi İnkişaf Nazirliyinin saytında yumurtanın ucuzlaşması ilə bağlı məlumat yerləşdirildi. Məlumatda yumurtanın topdansatış qiymətinin 11 qəpik, pərakəndə satışda 12 qəpik olduğu deyilir. Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımının qarşısının alınması məqsədilə monitorinqləri və araşdırmaları davam etdirdiyini yazır.
Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevsə AzadlıqRadiosuna deyib ki, yumurtanın az qala 10 qəpiyə düşməsi mümkün deyil. Hazırda onlar İqtisadi İnkişaf Nazirliyindədirlər. Nazirliklə qiymətlə bağlı danışıqlar aparılır. Yorğun və əsəbi səslə danışan Aydın Vəliyev iclasda olduğundan söhbəti davam etdirmədi. Bir bunu dedi ki, qiymətdə razılığa gələ bilməyiblər.
“QUŞÇULUQ FERMALARI MÜFLİSLƏŞƏCƏK”
İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, qiymətləri birdən-birə aşağı salmaq bazara zərbə vura bilər.
“Nəticədə quşçuluq fermaları müflisləşəcək və yerli istehsalçı bazardan çıxarılacaq. Fərziyyə də irəli sürmək olar ki, bir neçə iş adamını cinayət məsuliyyətinə cəlb edə, şou düzəldə bilərlər. Qiymətin aşağı düşməsi üçün maya dəyərinin aşağı düşməsi vacibdir. Toyuqçuluq fermalarının xərcləri aşağı düşməlidir”.
Aldığımız məlumata görə, elə quşçuluq firmaları da hökumətlə bunu müzakirə edirlər. Onlar ucuzlaşma müqabilində xaricdən gətirilən yemə görə ödənən əlavə dəyər vergisinin ləğvini istəyirlər.
Bəs hökumət nə deyir? Gün boyu İqtisadi İnkişaf Nazirliyi mətbuat xidmətinin rəhbəri Abbas Əliyev zənglərimizi cavablandırmadı.
“ÇOX GÜLMƏLİ HALDIR”
“Çox gülməli haldır ki, bu boyda ölkənin prezidenti yumurtanın qiymətinin necə formalaşmasından danışır. Bir problem kimi həllinə çalışır. Normal ölkədə bunu bazar özü tənzimləyir. Birbaşa prezidentin bu məsələyə müdaxilə etməsi, bəsit problem haqda çıxış etməsi və bunun qarşısını almağa çalışması çox ağrılı və acınacaqlı haldır.
Əlbəttə qiymətlər aşağı düşməlidir. Amma amiranə metodlarla, padşahın əmriylə yox, bu real iqtisadi əsaslarla baş verməlidir”.
Bunu iqtisadçı Natiq Cəfərli deyir. Onun qənaətincə, tək quşçuluq sahəsində yox, başqa sahələrdə də inhisarçılıq və sövdələşmələr var. Bu məsələyə birdəfəlik son qoyulmalıdır.
BAYRAM SOVQATI
Bayrama qədər qiymətlər nə qədər düşəcək, yerli istehsalçı bu ucuzlaşmadan necə cıxacaq?” demək çətindir.
Amma bayram ovqatına köklənən Azərbaycanda indi əksəriyyət bahalıqdan şikayətçidir. Özü də tək yumurtanın qiymətindən yox. Səmayə xala deyir ki, bayramda tək yumurtayla iş bitmir. Sadalayir ki, bunun yağı var, unu var, şəkər tozu var.
- Şəkər tozu 1 manat 10 qəpikdi. Onun qiyməti düşsə çox yaxşı olardı. Yağların qiymətində də artım var. Duru yağların qiyməti çox bahadır. Əvvəl 2 manat 30 qəpiyə aldığımız yağı indi 2 manat 60 qəpiyə, 2 manat 70 qəpiyə alırıq. Sonra buğdanın qiyməti 1 manat, ya 1 manat 20 qəpiyədir. Bazarda soğan 1 manatdır, kartof 80-90 qəpikdi. İndi bazarda ən ucuzu göyərtidir. Stola çərəz qoymalıyıq, çox bahadır. Allah yenə də prezidentimizə can sağlığı versin. Bu ərzaqların da qiyməti düşsə yaxşı olar. İnanıram düşəcək...
Bayramasa bir həftə qalır....