Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:05

Yaponiyada nüvə reaktoru üzündən adamları evakuasiya edirlər


Yaponiyada 8.9 bal gücündə zəlzələ olub. ZƏlzələdən sonra Yaponiyanln Şimal-Qərb sahillərini 10 metr hündürlüyündə sunami dalğaları vurub.

Azı 40 nəfərin öldüyü və itin düşdüyü bildirilir. Havay adlarındakı Sunami Mərkəzi bütün Sakit okeanda güclü sunami təhlükəsi elan edib.

Yaponiyanın Baş naziri Naoto Kan deyib ki, zəlzələ nəticəsində ciddi zərər dəyib, Tokyonun şərqindəki nefayrıma zavodlarında yanğın çıxıb.

Fukushima nüvə raktorunun soyutma sistemi zərər gördüyündən atom elektrik stansiyasının yanında yaşayan 2 minə yaxın sakin evakuasiya edilib.

Azərbaycanın Yaponiyadakı səfiri Azrə Hüseyn AzadlıqRadiosuna deyib ki, bu ölkədəki 50-yə yaxın azərbaycanlı icmasından xəsarət alan olmayıb.
XS
SM
MD
LG