CIDIR DÜZÜNDƏN REPORTAJ
İsa bulağında
əl-üzünü yuyur
unudulmaz xatirələr...
Cıdır düzünə səpələnmiş
mərmi qəlpələridir
“Koroğlu” üvertürasının
çiliklənmiş notları.
Hər şey
həqiqət rəngində, hər şey...
Xarı bülbülün ləcəkləri
Tanrıya yetməyən
imdad məktublarıdır.
Həqiqətin dili
xəcalətdən
topuq çalır burda.
Şeytan qəhqəhəsidir
Şuşa qalasında
qalanmış
gavur ocağının tüstüsü...
Bax,
Şuşa məscidinin divarlarındakı
güllə yaraları sızlayır hələ də...
Bəs sənin itkin düşmüş
vicdanından
“Qırmızı xaç”
məktub gətirirmi heç,
Məryəmin oğlu?!
MÜTALİƏ
Qadın ayaqları
dünyanın
ilk əlifbasıdır.
Hərflərin üsyanıdır
Adəmlə Həvvanın
alın yazısı...
Kişi və Qadın
iki qədim
əlyazmadır.
Biri
başdan oxunur,
biri yarıdan...
Mən atamın
mütaliəsiyəm...
"Azərbaycan" jurnalı
İsa bulağında
əl-üzünü yuyur
unudulmaz xatirələr...
Cıdır düzünə səpələnmiş
mərmi qəlpələridir
“Koroğlu” üvertürasının
çiliklənmiş notları.
Hər şey
həqiqət rəngində, hər şey...
Xarı bülbülün ləcəkləri
Tanrıya yetməyən
imdad məktublarıdır.
Həqiqətin dili
xəcalətdən
topuq çalır burda.
Şeytan qəhqəhəsidir
Şuşa qalasında
qalanmış
gavur ocağının tüstüsü...
Bax,
Şuşa məscidinin divarlarındakı
güllə yaraları sızlayır hələ də...
Bəs sənin itkin düşmüş
vicdanından
“Qırmızı xaç”
məktub gətirirmi heç,
Məryəmin oğlu?!
MÜTALİƏ
Qadın ayaqları
dünyanın
ilk əlifbasıdır.
Hərflərin üsyanıdır
Adəmlə Həvvanın
alın yazısı...
Kişi və Qadın
iki qədim
əlyazmadır.
Biri
başdan oxunur,
biri yarıdan...
Mən atamın
mütaliəsiyəm...
"Azərbaycan" jurnalı