Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:49

Yəməndə azı 30 nümayişçi öldürülüb


Yəmənin təhlükəsizlik qüvvələri çümə günü nümayişçiləri atəşə tutub.

Yerli hospitalın işçiləri azı 30 adamın öldüyünü, 100 nəfərinsə yaralandığını deyirlər.

Hadisə nümayişçilər cümə namazından sonra Sanaa universitetinin qarşısına yığışarkən baş verib.

Yəmən müxalifəti xeyli vaxtdır ki, 32 ildir hakimiyyətdə olan prezident Ali Abdullah Salehin istefasını və ölkədə islahatlar aparılmasını tələb edir.
XS
SM
MD
LG