Mayın 10-da İmişli rayonunun 10-dan artıq sakinin aclıq aksiyasına başladığı bildirilir. Onlar ötən il Kür çayının daşması nəticəsində zərər çəkənlərdir.
Aksiya iştirakçılarından biri Elman Şahbazov AzadlıqRadiosuna bildirib ki, keçən il baş verən təbii fəlakət zamanı evi qəzalı vəziyyətə düşüb. Yerli hakimiyyət nümayəndələri isə onların problemləri ilə maraqlanmır:
«Mənim evim sel sularından sonra uçub başıma tökülüb. Dekabrın 17-də yerli icra hakimiyyəti yuxarı təşkilatlara məlumat verib ki, guya evim yararlıdır. Tələbim odur ki, evimi təmir etsinlər, rayon icra hakimiyyəti rəhbərliyi isə istefa versin».
İmişli rayon İcra Hakimiyyəti başçısının müavini Saleh Səmədov isə AzadlıqRadiosuna deyib ki, aksiya iştirakçılarının tələbləri əsassızdır. Onun fikrincə, hazırda rayonda qəzalı vəziyyətdə olan ev yoxdur.
Aclıq edən Elman Şahbazov onu da bildirdi ki, ötən həftə prezident İlham Əliyev İmişli rayonunda olanda, o, prezidentlə görüşməyə cəhd edib. Lakin icra hakimiyyətinin əməkdaşları buna imkan verməyiblər.
Saleh Səmədov onun bu fikrini də əsassız adlandırıb.