Naxçıvan Muxtar Respubliksında sovet istehsalı olan bütün növ motosikletlərin istismarına qadağa qoyulub. Bu barədə Naxçıvandan olan bəzi motosiklet sürücüləri AzadlıqRadiosuna məlumat veriblər. Onların deməsinə görə, bir neçə gün öncə polislər həyətlərə girərək, motosikletləri müsadirə ediblər.
Toplanan motosikletlər isə Muxtar Respublika Dövlət Yol Polisi İdarəsinin həyətinə aparılıb.
Sürücülər deyir ki, bundan sonra onların özünü də Yol Polisi İdarəsinə çağırılıblar. Onların sözlərinə görə, burada onları qarşılayan Daxili İşlər Naziri Əhməd Əhmədov bildirib ki, motosikletlərin istismarına qoyulan qadağa ilə bağlı göstəriş Naxçıvan Muxtar Respublika Ali Məclisindən gəlib.
Babək rayon sakini İntiqam Hüseynov:
«KİM MOTOSİKLET SÜRSƏ, ONA ÇOX PİS OLACAQ»
«300-350 nəfər idik. Bizi idarənin həyətinə topladılar. Nazir dedi ki, Vasif Talıbovun göstərişinə əsasən Naxçıvanda motosikletlərin istismarına qadağa qoyulur. Bu gündən etibarən kim motosiklet sürsə, ona çox pis olacaq. Nazir sonra dedi ki, Naxçıvana xaricdən yeni motosikletlər gətirilib, münasib qiymətə kreditlə sizə paylanacaq. Yalnız həmin motosikletləri sürmək mümkün olacaq. Sonra hər kəsi öz motosikletinin yanına düzdülər. Dedilər ki, motosikletin ramasından başqa təkərləri, motorları, kim nə sökə bilir söküb aparsın. Dedilər, eşşəyiniz var, atınız var aparın hissələri onlara bağlayın. Söküntü işindən sonra yerdə qalan hissələri doğrayıb, maşınlara doldurub «metallom»a apardılar».
Babək rayon sakini İntiqam Hüseynov deyir ki, nazir kompensasiya şəklində onların hərəsinə 100 dollar pul paylasa da bu çox az məbləğdir. Onun bildirdiyinə görə, Naxçıvanda satışa çıxarılan xarici istehsalı olan motosikletlərin qiyməti 2000 manatdan baha olduğundan yeni motosiklet almağa imkanı olmayacaq:
«Kənd yerində motosikletə çox ehtiyac var. Əkin sahəsinə, digər yerlərə motosikletlə gedirdik. Necə olacaq bilmirəm».
Şərur rayon sakini Vidadi Həsənəliyev isə deyir ki, ailəsinin çörəkpulunu motosikletdən çıxardığından, indi nə edəcəyini bilmir:
«QOYUNLARI SATIB, MOTOSİKLET ALMIŞDIM»
«İki qoyunum var idi. Bir neçə ay öncə qoyunları satıb, motosiklet almışdım. Həmin motosikletlə «xaltura» edirdim. Rayon mərkəzindən kəndlərə un və digər məhsullar daşıyırdım, ailəmin çörəkpulunu çıxarırdım. İndi nə edəcəyimi, ailəmi necə dolandıracağımı bilmirəm».
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublika Daxili İşlər Naziri Əhməd Əhmədovun özü ilə saxladıq. Suallarımızı dinləyən nazir sonradan cavab vermədən telefonu söndürdü.
Naxçıvanlı hüquq müdafiəçisi Elman Abbasov isə bu deyilənləri qanunsuzluq adlandırır:
«NAXÇIVAN QANUNLARLA YOX, QAYDALARLA İDARƏ OLUNUR»
«Kiminsə şəxsi əmlakına bu cür münasibət düzgün deyil. Uzaqbaşı qadağa qoyula bilər ki, həmin motosikletlər yola buraxılmasın. Kiminsə şəxsi malını əlindən alıb «metallom»a göndərmək heç bir qanuna sığmır. Bu hal ona görə baş verir ki, Naxçıvan qanunlarla yox, qaydalarla idarə olunur. Məmurlar bütün gəlirli sahələri monopoliyaya alıblar»
«BU MƏLUMATLAR VASİF TALIBOVUN GÖRDÜYÜ İŞLƏRƏ QISQANCLIQDAN İRƏLİ GƏLİR»
Naxçıvandan seçilən millət vəkili Eldar İbrahimov isə adamların dediklərinin inandırıcı olmadığı qənaətindədir.
«O adamların dedikləri hamısı yalandır, böhtandır və mən də o deyilənlərə inanmıram»
Eldar İbrahimova görə, bu kimi məlumatları yayanlar Vasif Talıbovun gördüyü işlərə qısqanc yanaşanlardır.
«Vasif Talıbov çox böyük işlər görüb. Buna da qısqanclıq edənlər, paxıllıq edənlər var və ona görə də belə məsələləri deyirlər, yazdırırlar. Mən inanmıram belə şey olsun».