Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:33

ABU-dan narazılar Prezident Administrasiyasının qarşısına toplaşıb


Azərbaycan Beynəlxalq Universiteti
Azərbaycan Beynəlxalq Universiteti
Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) bir qrup tələbəsi və onların valideynləri mayın 11-də Prezident Administrasiyasının qarşısında toplaşıb.

Onlar 2-3 il əvvəl universiteti bitirən tələbələrə diplomların verilməməsindən şikayətlənirlər. 60-a yaxın valideyn prezidentə müraciət imzalayıb və ondan bu məsələyə müdaxilə etməsini istəyirlər.

- «Biz Beynəlxalq Universitetdəki qanunsuzluqlara etiraz edirik. Qızım 3 ildir qurtarıb, diplom almamışıq. Burda camaat da eyni problem yaşayır. Yalandan deyirlər ki, sabah gələrsiniz, olacaq. Nə qədər dözməliyik biz. Verməyəcəksə, bizim pullarımızı qaytarsın. 5 il pul ödəmişik. Bütün sənədlər də üstümüzdədir. Prezidentə və neçə yerə teleqram vurmuşuq».

- «Bizim uşaqlarımız ortada qalıb. Qurtaranlara diplom verilmir, yarımçıq qalanların da taleyi məlum deyil. Biz ora 10 minə qədər xərc çəkmişik, təhsil haqqı vermişik, köçürməsi olub, əziyyət çəkmişik. Biz dərdimizi hara deyək, hər dəfə bir yalan söz deyirlər».

Prezident Administrasiyasından isə bildiriblər ki, valideynləri nahardan sonra qəbul edəcəklər.

Ötən il Təhsil Nazirliyi ABU-nun fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.

Nazirliyin məlumatına əsasən, universitetdə tədrisinin təşkilində problemlər, qanunsuz tələbə köçürmələri aşkarlanıb.
XS
SM
MD
LG