Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:50

Azərbaycan sanksiyalarla üzləşən Suriyaya qaz sata biləcəkmi?


ASuriya prezidenti Bashar al-Assad (solda) Bakıda prezident İlham Əliyevlə görüşür, 9 iyul 2009
ASuriya prezidenti Bashar al-Assad (solda) Bakıda prezident İlham Əliyevlə görüşür, 9 iyul 2009
İsveçrədən sonra ABŞ Suriya prezidenti Bashar Assad hökümətinə qadağalar tətbiq edəcəyini deyib. ABŞ Dövlət Departamenti bu sanksiyaların Suriya hökumətinin ölkədə aprdığı zorakılıqları dayandırması üçün tətbiq edildiyini bildirir.

Sanksiyaya məruz qalanlar arasında prezident Bashar Assaddan başqa, vitse-prezident Farouk al-Shara, baş nazir Adel Safar, Daxili İşlər Naziri Mohammad Ibrahim Al-Shaar, Müdafiə naziri Ali Habib, Hərbi kəşfiyyatın başçısı Abdul Fatah Kudsiyya və Siyasi Təhlükəsizlik Bürosunun direktoru Mohammed Dib Zaytoun da var.

Sanksiya kimi adıçəkilən hökümət nümayəndələrinin ABŞ-da olan bank hesablarının dondurulması nəzərdə tutulur. Bundan əlavə Amerika vətəndaşlarına və şirkətlərinə həmin adamlarla əməkdaşlıq qadağan edilir.

Bir neçə ay öncə ABŞ Suriya prezidentin qardaşına və yaxın qohumlarına sanksiya tətbiq etmişdi.

Suriyada hökumət əleyhinə etirazlar zamanı 700 mülki şəxsin öldürdüyü deyilir.

Avropa Birliyi diplomatları bildirib ki, gələn həftə president Assad də daxil olmaqla bu ölkənin rəsmilərinə tətbiq edilən sanksiyaların uzadılacağı gözlənilir.

İsveçrə də 13 Suriya rəsmisinə səyahət qadağası qoyacağını və İsveçrə banklarındakı hesabları donduracağını deyib, ancaq bu siyahıda prezident Bashar al-Assadin adı yoxdur.

abc.az saytının xəbərinə görə bu sanksiyaların Azərbaycan və Suriya arasında olan 1 milyard m3 qaz alınmasına dair memoranduma nə qədər təsir edə biləcəyi hələlik aydın deyil. Razılaşmada Türkiyə ilə Suriya arasında kəmərin hazır olmasından sonra - 2012- 2013-cü illrədə Azərbaycanın Suriyaya qaz satması nəzərdə tutulurdu.
XS
SM
MD
LG