Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:40

Abbas Səhhət. Tənbəl


Çox yatma, dur, a tənbəl,
Yatsan olar iş əngəl.
Gün dağlara yayıldı,
Hər bir yatan ayıldı.
Yar-yoldaşın səhərlər
Tez məktəbə gedərlər.
Sən çeştədək yatırsan,
Pal-paltarın atırsan.
Xeyrü şərin qan, oğlum,
Öz halına yan, oğlum.
Bir azca qeyrət eylə.
Hər kim dilər şad olsun,
Getsin çalışqan olsun.

1908

balalar-az.com
XS
SM
MD
LG