«Gənc siyasi məhbusların hüquqlarını müdafiə komitəsi»nin 22 may aksiyasında saxlanılar azadlıqdan məhrum edildilər. Mayın 23-də Səbail rayon məhkəməsi 4 gənci - Orxan Carçıyev və Emin Fərhadini 8 sutka, Cəmil Hacıyevlə Ağası Şakiroğlunu isə 7 sutka həbs cəzasına məhkum edilib. Bu barədə AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı AzadlıqRadosuna məlumat verib.
Mayın 22-də saat 18 radələrində 30-yaxın gənc əllərində Bəxtiyar Hacıyev, Cabbar Savalanlı, Rüfət Hacıbəyli və digər həbsdə olan gənclərin şəkillərini tutaraq dənzikənarı parkda gəzişməklə dinc aksiyaya keçiriblər.
Polisin aksiyaya müdaxiləsindən sonra onlar «İlham Əliyevə istefa», «Gənclərə azadlıq» və digər şüarlar səsləndiriblər. 5 nəfər saxlanılıb. Saxlanılanlardan biri- jurnalist Fikrət Fərəməzoğlu elə həmin gün azad edilib.
Aksiyanı müxtəlif siyasi partiya və ictimai təşkilatların gənclərini özündə birləşdirən «Gənc siyasi məhbusların hüquqlarını müdafiə komitəsi»təşkil edib.