Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:29

Gürcüstan müstəqilliyini qarşıdurma ilə qeyd etdi


Tbilisidə iğtişaşlar, 26 may 2011
Tbilisidə iğtişaşlar, 26 may 2011
Mayın 26-na keçən gecə Gürcüstan paytaxtında müxalifətin mitinqi dağıdılıb.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, gecəyarısı xüsusi təyinatlı polislər Tbilisinin Azadlıq meydanına toplaşan müxalifət tərəfdarlarını dağıtmağa başlayıblar. Onlar rezin güllələrdən, gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə edirdilər.

"Qara maskalılar meydana toplaşanlara hücum edərək kim gəldi vurmağa başladılar. Təxminən 10-15 dəqiqə sonra meydan tamamilə boşaldıldı".

Onlarla adam xəsarət alıb

Şənbə günündən davam edən etirazlarda məqsəd prezident Saakaşvilini devirmək idi.

Müxalifətçilər iddia edirlər ki, Saakaşvili özünü demokrat kimi qələmə versə də, ölkəni avtoritar metodlarla idarə edir.

Çərşənbə günü etirazçılar parlament binası qarşısında gecələyəcəklərini bildirmişdilər.

Bunda məqsəd mayın 26-da keçirilən hərbi parada mane olmaq idi.

Tbilisidə hərbi parad. 26 may 2011
Lakin müxalifət bu məqsədinə nail ola biımədi. Azadlıq meydanı müxalifətçilərdən təmizənəndən bir neçə saat sonra, meydanda artıq hərbi parad öz axarı ilə gedirdi.

Hərbi parad Gürcüstanın müstəqillik gününə həsr olunub. 1918-ci il mayın 26-da Gürcüstanda Demokratik Respublika qurulub.

Daxili İşlər Nazirliyinin sözçüsü Şota Utiaşvili deyib ki, müxalifətin mitinqinə verilən icazə gecə saat 12-də başa çatıb və polis aksiyanı dağıtmağa başlayanda bəzi aksiyaçılar zorakılığa əl atıb - armaturlar və əldəqayırma qalxanlar vasitəsilə polisə hücum çəkiblər.

“Polis güc tətbiq etməyə məcbur olub. Mitinqçilərin bir qismi zorakı yolla buna müqavimət göstəriblər. Bəzi etirazçılar isə meydandan qaçanda maşınla bir polisi vurub öldürüblər”.

Daxili Işlər Nazirliyi polis əməkdaşının maşın altında qalmasını əks etdirən video da yayıb.

Nazirlik deyir ki, aksiyanı tərk edən müxalifətçilərin maşını altında qalıb ölən digər şəxs nümayişçidir.

Amma müxalifət yaydığı şəkildə aksiyaçının polis tərəfindən döyülüb öldürüldüyünün əks olunduğunu iddia edir.

Polis hələ buna münasibət bildirməyib

Daxili İşlər Nazirliyi deyir ki, adamları vurub öldürən maşınlar müxalifət lideri Nino Buircanadzenin maşın karvanından olub.

Polis aksiyanı dağıdır. 26 may 2011

Burcanadze vaxtilə qızılgül inqilabı zamanı prezident Saakaşvilinin yaxın silahdaşı olub.

Burcanadze bu iddianı rədd edib və polisin onun oğlunu və cangüdənlərini haqsız həbs etməkdə günahlandırıb.

“Mənim gözlədiyim ki, qara maskalı şəxs bizə yaxınlaşdı, heç bir izahsız mənim oğlumu və cangüdənlərimi həbs etdilər. Onlar heç nə etməyiblər, sadəcə məni qoruyublar. Onlar imkan vermirdi ki polis məni vursun. Mən də polisə müqavimət göstərənlərdən biri idim. Onlar niyə məni həbs etmədilər? Həbsdən əvvəl oğlumu döyüblər”.

Saakaşvili isə dövlət televiziyasında çıxış edib. O polisi müdafiə edərək hökumətinin insan haqlarının qorunmasına sadiq olduunu bəyan edib.

“Hər bir adamın öz fikrini sərbəst ifadə etmək haqqı var.

Amma axır 5 gündə baş verənlərin fikir azadlığı ilə əlaqəsi yoxdur”

Burcanadzenin Xalq Məslisi Partiyası ilə bərabər aksiyanı milyonçu Levan Qaçeçiladzenin Gürcüstan Partiyası təşkil etmişdi.

Etirazların ilk günü aksiyaya 10 min nəfər qatılsa da, sonrakı günlər onların sayı hətta bir neçə yüz nəfərə düşmüşdü.

Əsas müxalifət partiyaları aksiyaya qoşulmayıblar.

Burcanadzenin 2013-cü ildə keçiriləcək prezident seçkilərində əsas namizədlərdən biri olacağını gözləyənlər də var.

2013-cü ildə hazırkı dövlət başçısı Saakaşvilinin ikinci prezidentlik dövrü bitir...

(VİDEO: Mitinqin dağıdılmasından olan görüntülər YouTube portalından götürülüb)

XS
SM
MD
LG