Nazir Quliyev
Uşaq Hüquqları Klinikasının sədri Nazir Quliyev, «Birliyə Doğru» Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin sədri Zərifə Quliyeva və icraçı direktoru Rəşad Camal uşaq hüquqları barədə danışırlar.Nazir Quliyev:
«Hər bir ölkənin inkişaf səviyyəsinə görə uşaqlarının problemi olur. Azərbaycandakı uşaqların problemini inkişaf etmiş və ya Azərbaycandan geri qalan ölkələrin problemi ilə müqayisə etmək düzgün deyil. Bu problemlər müxtəlifdir. Azərbaycanda uşaqların əsas üç problemi var - internatda olan uşaqlar, cinayət törədən uşaqlar və zorakılığa məruz qalan uşaqlar...»
Zərifə Quliyeva
Zərifə Quliyeva:«Problemləri sadalasaq, ilk olaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların inteqrasiya problemini vurğulamaq olar. Kimsəsiz uşaqların problemləri də öndə durur. Küçə uşaqlarının da problemlərini nəzərə almaq lazımdır. Küçə uşaqlarının problemləri hazırda çox aktualdır. Bu sahədə daha diqqətli işləmək lazımdır...».
Rəşad Camal:
Rəşad Camal
«Biz daha çox xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyirik. Amma son iki ildə qayğıya ehtiyacı olan kimsəsiz uşaqlarla da fəaliyyət istiqamətlərimizi genişləndirmişik. Problemləri sadalasaq, təhsil və səhiyyə problemlərini önə çəkməliyik. Məncə, bütün problemlərin kökü uşaqların öz problemlərini bilməməsindədir. Bunun da yolu təhsildən keçir. Təhsilsiz uşağa hüquqlarını başa salmaq və bu hüquqları necə qorumaq lazımdır deyə, treninqlər keçmək absurd bir şeydir. Bu uşaqların ilk növbədə təhsili ilə bağlı işlər görülməlidir...».Verilişi tam olaraq buradan dinləyin.
HƏMÇİNİN OXU:
CƏNUB RAYONUNDA YETİM UŞAĞIN BAZAR HƏYATI...