- Görmürsən nə gündədir? Axşamdan axşama yığışdırılır. Heç gör ətlərin üstünü tənzif ilə örtürlər? Əvvəllər örtərdilər, hər şey yerli-yerində olardı, indi elə deyil. Cavabdeh şəxs gəlib yoxlamalıdır. Bizsə alırıq da, nə vaxtsa xəstələnəcəyik.
Təqaüdçü Səkinə xala ilə «28 May» metrostansiyası yaxınlığındakı bazarda rastlaşdıq. Deyir əlacsızdır deyə, bura gəlir. Evindən daha uzaqda yerləşdiyinə görə digər bazarlar onun üçün əlçatmazdır. Həm də deyir, başqa bazara getməklə nə dəyişəcək ki? Müsahibimin fikrincə, indi Bakıdakı əksər bazarlar təmizlik, sanitariya baxımdan lazımi tələblərə cavab vermir.
«İYDƏN İÇƏRİDƏ BAŞ ÇATLAYIR»
Bazara göz gəzdiririk, natəmizlik daha çox ət və süd məhsulları satılan tərəflərdədir. Səkinə xalanın dediyi kimi, farşdan tutmuş şoradək heç nəyin üstü örtülü deyil, əksinə, bu məhsullar satılan piştaxtalar milçək, başqa xırda cücülər üçün əsl yeyib-içmək məkanına çevrilib. Ət və ət məhsulları vitrinlərdən başqa soyuducularda da yerləşdirilib, amma soyuducuların rənginin çirkdən ağ ya qara olduğu bilinmir.
Amma satıcılar narahatlığa heç bir əsas görmürlər, deyirlər ki, satdıqları məhsul hər gün həkim nəzarətindən keçir:
- Hər gün həkim gəlir, mal laboratoriyada yoxlanır, möhürlənir, kağızı vurulur və satışa verilir.
- Ətin satıldığı bu ərazi də yoxlanırmı?
- Bəli, hamısı yoxlanır, antisanitariya edirlər, dərman-zad da vururlar.
- Demək olar ki, bir gündən bir.
- Ətin satıldığı bu ərazi də yoxlanırmı?
- Bəli, hamısı yoxlanır, antisanitariya edirlər, dərman-zad da vururlar.
Farşdan tutmuş şoradək heç nəyin üstü örtülü deyil
- Nə vaxtdan bir dezinfeksiya olunur?- Demək olar ki, bir gündən bir.
«28 May» bazarının direktor köməkçisi Məhəmməd Cəlilov da deyir ki, bazar gün ərzində bir neçə dəfə təmizlənir, hər həftə yuyulur və dezinfeksiya olunur. Rəhbərlik təmizlikdən dəm vursa da, alıcılar gördüklərindən danışır:
- İydən içəridə baş çatlayır. Ət ümumiyyətlə, qara gündədir.
- Təmizlik qane etmir. Danışanda, özümüzü Avropa ilə müqayisə edirik, guya onlardan da irəli getmişik. Hanı bəs?
- Təmizlik qane etmir. Danışanda, özümüzü Avropa ilə müqayisə edirik, guya onlardan da irəli getmişik. Hanı bəs?
Rəhbərliyin, satıcıların təriflədiyi, alıcılarınsa ağız büzdüyü «28 May» metrostansiyası yaxınlığındakı bu bazardan çıxıb yollanırıq «Yaşıl bazar»a. Burda açıq havada əsasən meyvə-tərəvəz satılır.
«GÜL KİMİ YUYULUB TƏMİZLƏNMİŞ ŞƏRAİTƏ ÖYRƏŞMƏMİŞİK»
- Bu şərait bizə uyğun şəraitdir də. Əlbəttə bundan qat-qat yaxşı olmalıdır. Amma biz hələ Avropa üslubunda, gül kimi yuyulub təmizlənmiş şəraitə öyrəşməmişik də. Əlbəttə ki, buraya da asfalt və ya metlax döşənsə, yaxşı olar.
Bunu isə «Yaşıl bazar»da meyvə-tərəvəz satan Məzun Cəfərov deyir. O, bazardakı natəmizliyin günahını həm satıcılarda, həm də alıcılarda görür. Deyir bazar hər gün süpürülüb zibilləri yığılsa da, əksəriyyət əlindəki zibili ayağının altına atmağa adət edib.
«Yaşıl bazar»
Bu bazarda hətta bəzən satılan malla zibili yan-yana görürsən, bilmirsən satılan hansıdır, atılan hansı. Bəzən isə tam əksinə - üstü tənzif ilə örtülmüş, ütülmüş toyuq, satıcısı isə əlində kağız milçək qovur. Amma bazarda bu cür mənzərəyə tək-tük rast gəlinir. Bazarın direktoru Məhərrəm Rəcəbov deyir ki, bazar gündə iki dəfə təmizlənir, virus təhlükəsinin qarşısını almaq məqsədilə hər gün həkim nəzarətindən də keçir:
- Bizim öz maşınımız var, zibili arabayla yığıb həmin maşına tökürlər. İndi həmin maşın yoxdur, zibil atmağa gedib. «Balaxanı Təmiz Şəhər» şirkəti ilə müqaviləmiz var, gündəlik çıxan zibilimizi ora göndəririk.
BAZARLAR YENİDƏN YOXLANACAQ
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qida Gigiyenası bölməsinin müdiri İmran Abdullayev isə deyir ki, bazarlardakı antisanitariyanın mövcudluğunda əsasən bazar rəhbərləri günahkardırlar. Onun dediyinə görə, heç də bütün bazarlar lazımi tələblərə cavab vermir, meyvə-tərəvəzlər qışda qarın, yağışın, yayda da tozun, günəş şüasının altında satılır, zibilliklər vaxtlı-vaxtında təmizlənmir.
İmran Abdullayev deyir ki, onlar bazarlarda yoxlamalar aparırlar, qüsurlara qarşı inzibati tədbirlər də görürlər, amma bir müddət keçəndən sonra bu hallar yenidən təkrarlanır. İmran Abdullayevin dediyinə görə, iyunun 13-dən növbəti yoxlamalara başlayacaqlar:
- Biz planlaşdırmışıq ki, yaxın zamanda bütün bazarlarda, meydanlarda sanitariya tələblərini pozan şəxslərlə bağlı müəyyən tədbirlər görək, onların mallarının yığışdırılması ilə bağlı icra hakimiyyəti və polis orqanlarına məlumat verək.