İyunun 4-də 1000-dən artıq azarkeş Yerevanda «Fransa meydanı»na toplaşaraq, futbol üzrə 2012-ci il Avropa çempionatının seçmə mərhələsində Rusiya-Ermənistan oyununu izləyirdi.
Sankt-Peterburqda keçirilən oyun 3-1 Rusiya yığmasının qələbəsi ilə başa çatıb. Hərçənd, hesabı erməni futbolçuları açıb. Bu oyundan sonra Ermənistan millisi 8 xalla qrupda 4-cü yerdədir.
«Birinci erməni cəbhəsi» fan-klubunun təsisçisi Sergey Cancoyan hesab edir ki, ermənilər bu oyunda uduzsalar da, Ermənistan futbolunun öz dəsti-xətti var:
«Bizim yığma nəhayət ki, yüksək səviyyəli futbol, kombinasiyalı oyun nümayiş etdirir. Oyunda öz dəsti-xəttimiz var. Düşünürəm ki, bu turnirdə olmasa da, növbəti Avropa və ya dünya birinciliyinə vəsiqə qazana bilərik».
Ermənistan yığmasının qapıçısı Roman Berezovski isə Rusiya mətbuatına müsahibəsində hakimlikdən narazılıq edib, deyib ki, arbitr oyun boyu onlara qarşı fit çalıb, mübarizəyə imkan verməyib.
«FUTBOLÇU-TURİSTLƏR VARDI, GƏLİB, OYNAYIB, GETMƏYİ ÖZLƏRİNƏ BORC BİLİRDİLƏR»
Son matçlarda Ermənistan yığmasının kifayət qədər yaxşı oynamasını futbol şərhçisi Senik Kara-Poqosyan belə izah edir:
«Yığmamız artıq bir ilə yaxındır ki, səliqəli, aqressiv, emosional və maraqlı futbol oynayır. Bunun əsası çoxdan qoyulub. Bu, son 5-10 il ərzində həyata keçirilən işlərin nəticəsidir. Yığma yaxşı oynayır deyə, azarkeşlərin sayı da artır».
S. Kara-Poqosyan deyir ki, əvvəllər futbolçular yığmaya can atmırdılar, yığmaya cəlb olunanda isə, mükafatlandırılmalarını gözləyirdilər:
«Əvvəllər sadəcə, futbolçu-turistlər vardı, gəlib, oynayıb, getməyi özlərinə borc bilirdilər. Zədə almamaq üçün yığmada zəif oynayardılar, öz komandalarında isə bütün qüvvələrini səfərbər edirdilər. İndi isə yığmaya dəvət olunan hər bir oyunçu bununla fəxr edir».
««ARARAT»IN 73-CÜ İLDƏKİ UĞURUNU GERİDƏ QOYACAĞIQ»
Ermənistan seçmə mərhələsi çərçivəsində növbəti oyununu sentyabrın 2-də səfərdə Andorraya qarşı keçirəcək. Sonra Slovakiya, İrlandiya, Makedoniya komandaları ilə qarşılaşacaq.
«Birinci erməni cəbhəsi» fan-klubunun təsisçisi S. Cancoyan:
«Əsas oyunlar hələ qarşıdadır, əsas rəqiblərimiz İrlandiya, Slovakiya və Rusiyadır. Makedoniya və Andorra ilə oyunlar fikrimcə, asan olacaq».
Şərhçi S. Kara-Poqosyan hesab edir ki, futbolun inkişafı üçün dövlət büdcəsindən əlavə vəsaitlərin ayrılmasına və bu sahədə ciddi siyasətə ehtiyac var:
«Bir qədər keçəndən sonra «Ararat»ın 73-cü il uğurunu unudacağıq. Daha böyük uğurlar əldə edəcəyik. Sadəcə, daha çox irəliləmək lazımdır, 30-40 il ərzində ancaq 70-ci illərin uğurundan danışmaq yaramaz».
Xatırladaq ki, 1973-cü ildə Ermənistanın «Ararat» klubu dubl edərək, SSRİ çempionu olub və ölkə Kubokunu qazanıb.