Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:36

DİN əcnəbiləri döyən şəxslərin foto-robotlarını hazırlayıb


Foto Arxiv
Foto Arxiv
Daxili İşlər Nazirliyi iyunun 15-dən 16-a keçən gecə Bakıda döyülən amerikalı jurnalist Amanda Erikson (Amanda Erickson) və britaniyalı hüquq müdafiəçi Seliya Devis (Celia Davies) haqda məlumat yayıb.

Məlumatda deyilir ki, əcnəbilərin döyülməsi ilə əlaqədar Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Cinayətdən zərər çəkmiş şəxslər dindirilib, onu törədənlərin foto-robotları tərtib olunub və məhkəmə-tibbi ekspertizası təyin edilib. Cinayətin açılması və icraçılarının müəyyən edilib tutulması üçün Daxili İşlər Nazirliyinin və Bakı şəhər Baş Polis İdarəsinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və intensiv tədbirlər həyata keçirilir.

A. Erikson və S. Devis yerli jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirlər.

A. Erikson həmçinin, «Washington Post» və «New-York Times» qəzetləri ilə əməkdaşlıq edir.
XS
SM
MD
LG