Amerika yazıçısı John Locke öz kitablarını nəşriyyatlara müraciət etmədən özü elektron variantda hazırlayır və İnternetdəki Amazon kitab satışı şəbəkəsi ilə birbaşa oxuculara satır.
O ilk müstəqil yazıçıdır ki, bu yolla 1 milyon e-kitabını satıb.
Onun detektiv janrda yazılmış 9 romanını “Amazon”un saytında birbaşa özündən almaq və “Amazon”un buraxdığı “Kindle” e-kitab oxuma qurğusu ilə oxumaq mümkündür.
Düzdür ondan başqa daha 8 yazar kitablarının birbaşa oxuculara satışında milyon səddini keçib. Amma həmin yazarların nəşriyyatlarla müqavilələri var.
Əgər indiyəcən yazıçı ilə oxucu arasında 2 “vasitəçi” – nəşriyyat və kitab dükanı vardısa, indi bunların birincisi olmadan da ötüşmək olur.
“Amazon” yazıçılara şərait yaradır ki, öz kitablarını şirkətin saytında birbaşa satışa çıxarsınlar. Gəlir isə yazıçı və “Amazon” arasında bölünür.