Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 17:00

Barack Obama: “Əfqanıstandakı 10 illik müharibə sona yaxınlaşır”


ABŞ qoşunlarını Əfqanıstandan çıxarir
Gözlə

No media source currently available

0:00 0:01:03 0:00
Direct-ə keçid

Barak Obama Ağ evdə çıxış edərək qoşunların Əfqanıstandan çıxarılması elan edir

ABŞ Prezident Barak Obama iyunun 22-də elan edib ki, Əfqanıstandakı 10 illik müharibə sona yaxınlaşır. Ağ Evdə keçirilən tədbirdə çıxışı zamanı Barak Obama deyib ki, bu ilin sonuna kimi 10 min Amerika əsgəri Əfqanıstandan çıxarılacaq. 23 minlik hərbi qüvvə isə 2012-ci ilin yayına qədər vətənə dönəcək.

Bu plan nəticəsində ABŞ-ın Əfqanıstandakı 100 minlik əsgərinin sayı azalacaq və bir hissənin gələn ilə qədər ölkədən çıxarılmasından sonra Amerika qüvvələrinin sayı 68 minə enəcək. NATO-nun rəhbərliyi altında digər ölkələrin Əfqanıstanda canlı qüvvəsinin sayı isə 40 mindir.

SİMVOLİK ADDIM?

Barack Obama deyib ki, 2014-cü ilə kimi Əfqanıstanda təhlükəsizliyə cavabdehlik yerli hərbi qüvvələrə veriləcək. Prezidentin sözlərinə görə, ABŞ güman edir ki, Talibanla aparılan danışıqlar nəticəsində Əfqanıstandakı hərbi münaqişənin həll olunması üçün siyasi yol tapılacaq.

Taliban isə Barack Obamanın bu ilin sonuna kimi Əfqanıstandan 10 min əsgərin cıxarılması ilə bağlı bəyanatını "simvolik addım" adlandırıb. Mediaya elektron məktubla göndərilən bəyanatda Taliban ABŞ adminstrasiyasını "öz xalqına müharibənin bitəcəyi ilə bağlı dəfələrlə yalan vədlər" verməkdə ittiham edib.

Bəyanatda deyilir ki, ABŞ rəsmilərinin Əfqanıstanda irəliləyişlə bağlı dedikləri "əsaslandırılmayıb" və bütün xarici qoşunlar ölkədən çıxarılanadək onlar silahlı mübarizəni gündən-günə artıracaq.
XS
SM
MD
LG