Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 93 il ötür. Azadlıq Meydanında keçirilən hərbi paradda prezident İlham Əliyev hərbi paradın Azərbaycanın 20-ci ildönümünə həsr edildiyini bildirib. Azərbaycan ordusunun regionda güclü ordu olduğunu söyləyən prezidentin sözlərinə görə, artıq büdcədən ölkə hərbisinə ayrılan hərbi xərclər «Ermənistanın bütün büdcə xərclərindən belə çoxdur».
İlham Əliyev bildirib ki, Azərbaycan ordusunun illik xərci 3 milyad 300 milyon dollardır.
O, müharibə şəraiti davam etdikcə, hərbiyə yüksək məbləğdə vəsait ayrılacağını, yalnız Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasından sonra bu xərclərin azala biləcəyini söylədi. İlham Əliyev çıxışında iyunun 24-də keçirilən Kazan görüşlərinin nəticəsinə toxunmadı, amma dedi ki, münaqişənin diplomatik yollarla həll olunması üçün səylərini davam etdirirlər.
Prezident onu da əlavə etdi ki, onlar müasir silah-sursat, hərbi texnika, o cümlədən, pilotsuz təyyarələr, artilleriya qurğuları, döyüş təyyarələri alıblar. Eyni zamanda 6 il əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin xətti ilə ölkədə müasir silahlar, hərbi texnika istehsal edilir.
Orduda gənclərin xidmət etdiyini deyən prezident onların vətənə bağlı adamlar olduğundan məmnunluğunu söylədi və dedi ki, vətənə bağlılıq vacib amillərdən biridir, çünki «gələcəkdə ölkəni onlar idarə edəcəklər».
İlham Əliyevin çıxışından sonra Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri tribunanın qarşısından keçərək hərbi yürüş ediblər.
PARAD BAŞLAYIB
Dövlət televiziyası Azadlıq Meydanında keçirilən hərbi paradı canlı yayımlayır.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 93 il ötür.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk milli hərbi hissə yaranıb və orduya çağırış elan edilib.
Az vaxt ərzində 30 minlik ordu formalaşdırılıb. 1918-ci il sentyabrın 15-də Milli Ordu Osmanlı imperiyasının Qafqaz İslam Ordusu ilə birlikdə Bakını erməni-bolşevik işğalından azad edib.
Bu gün Azərbaycanda Milli Ordu günü münasibətilə hərbi parad keçirilir.
AzadlıqRadisounun müxbirlərinin veridiyi məlumata görə, paradın keçiriləcəyi Azadlıq Meydanına nə jurnalistlər, nə sıravi sakinlər buraxılır.
Müstəqil Azərbaycanda ilk hərbi parad keçmiş prezident Əbülfəz Elçibəyin rəhbərliyi altında keçirilib.

Bunlara da nəzər salın

Hərbi paradda Silahlı Qüvvələrin 6 min nəfərlik şəxsi heyəti, 400-ə qədər hərbi texnika və silah sistemləri, o cümlədən 50-yə yaxın modernləşdirilmiş hərbi döyüş texnikası, Azərbaycanda istehsal olunan və modernləşdirilən 60-a yaxın silah, 14 zirehli transpartyor, 35 döyüş vertolyotu, 22 döyüş, 8 təlim-məşq təyyarəsi, 28 gəmi, kater və digər növlər nümayiş etdirilib.