Vicdan kirəsi tək gəlir evimə,
Qəbzə bənzər, iki dildə qəzetlər.
Xəbərlər haqq-hesab istəyir məndən,
Hər səhər, hər səhər, hər gün, hər səhər.
İllərlə üst-üstə yığılır borcum
Bilmirəm neyləyim, çaşıb qalmışam.
Sönür bu borcların buz nəfəsindən
Göyü üzündə Günəş, otağımda şam...
Zülmət möhürləmiş bu qəbzlərin
Haqqını nə ilə ödəyim indi?
Deyirlər özün seç, "tebe na vıbor" -
İntihar, qazamat, vətən həsrəti...
1969
Qəbzə bənzər, iki dildə qəzetlər.
Xəbərlər haqq-hesab istəyir məndən,
Hər səhər, hər səhər, hər gün, hər səhər.
İllərlə üst-üstə yığılır borcum
Bilmirəm neyləyim, çaşıb qalmışam.
Sönür bu borcların buz nəfəsindən
Göyü üzündə Günəş, otağımda şam...
Zülmət möhürləmiş bu qəbzlərin
Haqqını nə ilə ödəyim indi?
Deyirlər özün seç, "tebe na vıbor" -
İntihar, qazamat, vətən həsrəti...
1969