Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:32

Vaqif Səmədoğlu. İlahi, hansı dildə yalvarım sənə?..


İlahi,
hansı dildə yalvarım sənə?
Bir dua yetər
yoxsa sənə də
ağız açmaq gərəkdir dönə-dönə?
Sənə yox, dünyaya yox,
özümə gülürəm.
çünki yaratdığın neçə min dildən
cəmi ikisini bilirəm.
Bunların birindən
yer də, göy də xəbərsiz...
Odur o birində
yalvarıram sənə indi:
Qospodi, pomoqi, Qospodi...

1982
XS
SM
MD
LG