Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:41

Vaqif Səmədoğlu. Bu əllər əvvəl-axır...


Bu əllər əvvəl-axır
Bir gün bumbuz olacaq.
Bu bədən kökə gəlməz
Simsiz qopuz olacaq.

Quruyub daşa dönür
Göy üzündə buludlar.
Ömrün cədər düzündə
Kişnəyir ölü atlar.

Ulduzlar damır yerə
Gecənin yarasından.
Yuxulu gürzə çıxır
İki daş arasından.

Haraya hay verməyib
Dünya keçir kar kimi.
Bir kor dəyir divara
Bizim dualar kimi...

1983
XS
SM
MD
LG