«İşdən sonra» proqramında «Respublikaçı Alternativ» Hərəkatının həmsədri Erkin Qədirli və deputat Zahid Oruc «Freedom house» təşkilatının hesabatını müzakirə edirlər.
Zahid Oruc:
- «Freedom House» təşkilatının istər illik hesabatları, istərsə də aralıq mərhələdə ayrı-ayrı kriteriyalar üzrə verdiyi hesabatlara münasibət dünya çapında birmənalı deyil. Söhbət təkcə Azərbaycandan getmir. Bu təşkilatın qurulması, maliyyələşməsi, bilavasitə onun üzərində həyata keçirilən siyasi maraqlar, xüsusilə ona Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəhbərlərinin rəhbərlik etməsi bu qənaəti formalaşdırıb. Bu hesabatlarda biz həmişə birtərəflilik, qərəzlilik, açıq şəkildə siyasi təmayül tutma, sanki bir tərəfin məlumatına istinad etmə, ümumi prosesi kontekstdən çıxarma hallarının şahidi olmuşuq. Həmçinin, açıq, kobud yanlışlıqlar da özünü göstərib. Heç olmasa, Medvedevin yaşını düz göstərərdilər. Keçid dövründə olan ölkələr deyildikdə, bu mərhələnin qiymətləndirilməsinin özünəməxsusluğu var. Bunu inkar etmək olmaz. Siyasi institutların özünə yer tapa bilməməsi, qüvvələrin bir-biri ilə rəqabət imkanlarında qeyri-bərabərlik, həmçinin bir sıra başqa məsələləri burda qeyd etmək olardı. Bu həqiqətən də Avropanın oturuşmuş demokratiyasından çox fərqli bir şəraitdir. İnkar etmirəm, burada demokratiya hansısa parametr üzrə zəifdir. Amma «Freedom House»un bu ölkələrin siyasi sistemlərini, idarəçilik vəziyyətini təhlükə kimi qiymətləndirməsini, hətta Azərbaycanı Orta Asiya ölkələri ilə eyni sırada qoymasını çox yanlış sayıram....
Erkin Qədirli:
- Hesab edirəm ki, bizim cəmiyyətdə hansısa təşkilatların hesabatları və ya reytinqlərinin xüsusi bir müzakirə predmeti olması əslində bir qədər məyusedicidir. Ölkədə siyasi səhnənin qapanmasındandır ki, biz ayrı-ayrı təşkilatların qaldırdığı məsələləri açıq müzakirə etməyə məcburuq. Hərçənd ki, o mövzular daxildə müzakirə olunmalıdır. O dialoq içəridə getməlidir. Şəxsən mənim üçün bu hesabatlar xüsusi önəm kəsb etmir. Çünki biz özümüz bu ölkədə yaşaya-yaşaya bu problemləri görürük... Ölkədə ciddi problemlər var. Ölkə siyasi baxımdan tənəzzülə uğrayır. Siyasi tənəzzül başqa sahələri də geridə qoyur...
Verilişi tam olaraq buradan dinləyin: