Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:36

Ramiz Rövşən. Yaylığını yel aparır


Saçların dağılıb tamam,
Yaylığını yel aparır.
Qaçıram, tuta bilmirəm,
Qoyma məni tər aparır.

Yuyundum, tərdə yuyundum,
Axır yoruldum oturdum,
Qayıtdım, gördüm toyundur,
Gördüm səni ər aparır.

Saçına güllər taxırsan,
Ovcuna xına yaxırsan,
Sən orda göyə baxırsan,
Burda məni yer aparır...
XS
SM
MD
LG