Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:31

Ramiz Rövşən. Dərd


Göz yaşları süzüldükcə
Adamın quru üzünə,
İçimizdə batan dərdlər
Bir-bir çıxır su üzünə.

Qazancımız bitdi bizim,
Bu dünyanın dərdi bizim,
Çevrilərik dərdimizin
O üzündən bu üzünə.

Milyon-milyon qəbir varsa,
Bir qəbirsiz şair varsa...
Üzündə bir sağ yer varsa,
Dünyanın tfu üzünə!..
XS
SM
MD
LG