Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:10

Nemət Pənahlı karserə salınıb


Nemət Pənahlı
Nemət Pənahlı
Bakı İstintaq Təcridxanasında saxlanılan Nemət Pənahlı 5 günlük cərimə kamerasına (karser) salınıb. Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı AzadlıqRadiosuna deyib ki, onun karserə salınmasına səbəb vəkilinə kənarda müayinə üçün sidik analizinin verməsi olub. Həcər Pənahlının sözlərinə görə, Nemət Pənahlının səhhətində problemlər müşahidə olunub və o, Penitensiar Xidmətin müayinəsinə etibar etməyib: «Nəzarətçilər analizin bayıra çıxarılmasının qarşısını alıb. Buna etiraz edəndə isə onu karserə salıblar».

Penitensiar xidmətin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqov «Mediaforum»a açıqlamasında bildirib ki, ümumiyyətlə şəxsin kim olmağından asılı olmayaraq bu tip məlumatları onun rəhbərlik etdiyi şöbə açıqlamır.
Mehman Sadıqov deyib ki, Nemət Pənahlının karserə salınma səbəbi, hadisənin təfərrüatları barədə məlumatım yoxdur. Amma bildirir ki, əgər hər hansı bir analiz vermək lazım idisə, onu aidiyyəti üzrə təcridxananın tibb-sanitariya şöbəsinə göndərməli idilər.

Mehman Sadıqov onu da vurğulayıb ki, ailəsinin şəkər xəstəliyinə tutulduğu güman etdiyi Nemət Pənahlı mütləq həkim nəzarətində olacaq: «Çünki iki ay öncə Penitensiar Xidmətin rəisi Mədət Quliyevin verdiyi göstərişlə bütün şəkər xəstələri üçün ayrıca yemək bişirilir və onlar xüsusi həkim qeydiyyatına alınır. Bu və ya digər şəxsin səhhətində hər hansı bir problem olarsa, sözsüz ki, həkim müdaxiləsi olacaq».
İyunun 17-də Nəsimi Rayon Məhkəməsi Nemət Pənahlı və dostu Ceyhun Fərzullayevə hökm oxuyub. Nemət Pənahlı 6, Ceyhun Fərzullayev 4 il müddətində azadlıqdan məhrum edilib. Yanvarın 8-də tutulan Nemət Pənahlı və Ceyhun Fərzullayev silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunublar.
Nemət Pənahlı və vəkilləri cinayət işini qondarma və siyasi sifarişli sayırlar.
XS
SM
MD
LG