Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:02

«Madrid prinsipləri». Başqa variant yoxdur.


Əvəz Həsənov
Əvəz Həsənov
«İşdən sonra» proqramında konfliktoloqlar Arif Yunus və Əvəz Həsənov Qarabağla bağlı son gəlişmələri müzakirə edirlər.

Əvəz Həsənov:

««Madrid prinsipləri» əsasında tərəflər stol arxasında oturub müzakirə aparırlar. Geri çəkilib bu prosesi yenidən sıfır səviyyəsinə çatdırmağa dövlətlərin artıq imkanları yoxdur. Çünki Amerika da, Rusiya da, Fransa da, Avropa Birliyi dövlətləri də bu prosesdə irəliləyişin tərəfdarıdır. Geriyə yol yoxdur. İrəliləyiş də odur ki, bu «Madrid prinsipləri» stolun üstündədir və müzakirə olunur. Burda hansısa bəndi çıxarmaq olar və ya bəndə müəyyən qədər dəyişiklik etmək olar. Bundan imtina etmək dövlətlər üçün çətin olar. Azərbaycan hökuməti referenduma razılıq verib. Azərbaycanın bu referenduma razı olmasında öz arqumentləri var. Ümid edirik ki, müəyyən dəyişikliklər olacaqsa, Azərbaycan tərəfi burdan qazanacaq.
Arif Yunus
Ermənistanın isə burda mövqe güdməsi var».

Arif Yunus:

«Geri dönmək mümkündür. Hər şey mümkündür. Danışıqların tarixini yada salaq. İndiyə kimi belə tipli hadisələr olub. 17 il ərzində belə vəziyyətlər yaranıb və tərəflərdən hansısa bu sənəddən imtina edirdi. Bundan sonra hay-küy salırdılar. Bir-iki il keçirdi, sonra yenidən danışıqlar ayrı prinsiplər əsasında başlanırdı. Mən burda faciə görmürəm. Azərbaycan sabah bu «Madrid prinsipləri»ndən imtina etsə, heç nə olmayacaq. Nə ona qarşı hansısa sanksiya tətbiq olunacaq, nə də başqa bir şey. Sözsüz tənqid edəcəklər. Amma bir müddət sonra yenə də danışıqlar başlayacaq. Çünki danışıqların alternativi müharibədir. Burda ayrı variant yoxdur…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG