Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:55

Elm nə gündədir?


Foto: Arxiv
Foto: Arxiv
«İşdən sonra» proqramında keçmiş Təhsil naziri Firudin Cəlilov və AMEA Coğrafiya İnstitutunun direktoru Budaq Budaqov elmin indiki səviyyəsindən söhbət açırlar.

Firudin Cəlilov:

«Akademiyanın elə institutu var ki, 150 işçisi var. O 150 işçidən 10-15-i məhsuldardır. Həqiqi elmlə məşğul olur. Yerdə qalanları isə ona-buna dissertasiya yazır, bununla dolanır. Eləsi də var ki, adicə işə gedib, gəlir, ilboyu heç bircə məqalə də yazmır. Yəni o 150 nəfərin görməli olduğu işi həmin o 5-10 nəfər aparır. Mən təklif edirəm ki, o 5-10 nəfərin maaşını 10 qat artırsınlar. O birilər də görəcək ki, bunların məhsuldarlığı yoxdur, gedib özlərinə ayrı peşə seçəcəklər. Bir islahatı bu cür daxildən aparmaq lazımdır. Bir də dövlət səviyyəsində akademiyalarla universitetləri birləşdirmək lazımdır…».

Budaq Budaqov:

«Cavanlar elmə gəlmir. Biz məsələn, elmə gəlirdik, bilirdik ki, elm bizi dolandıracaq. Amma indikilər gəlmir, çünki bilirlər ki, ailəsini dolandıra bilməyəcək. Yer də məhduddur. Elmə ehtiyacı olmayan dövlət qaranlıq dünyadır. Onun gələcəyi ola bilməz…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG