Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:48

İslam Partiyasının üç üzvü 2 aylıq həbs edildi


Arxiv foto
Arxiv foto
Avqustun 13-də Səbael rayon məhkəməsi bir neçə gün əvvəl qanunsuz odlu silah saxlama və narkotikada ittiham edilərək tutulan İslam partiyasının üç üzvü barəsində 2 aylıq həbs qərarı çıxarıb.

Bu barədə AzadlıqRadiosuna həbs edilənlərin vəkillərindən biri Anar Qasımov məlumat verib.

Onun deməsinə görə, hazırda hər üç şəxs-Abgül Süleymanov, Ramin Bayramov və Arif Qəniyev Milli Təhlükəsizlik Nazirliyininin (MTN) istintaq təcridxanasında saxlanılırlar. Vəkil silah və narkotika ittihamı ilə başlanan cinayət işinin MTN tərəfindən aparılmasının düzgün olmadığını bildirir. Vəkilin sözlərinə görə, əslində bu işin istintaqını polis aparmalıdır.

«Amma bizə məlum deyil niyə bu işi MTN aparır. Əslində həmin şəxslər indi Kürdəxanıdakı istintaq təcridxanasında saxlanmalı idilər. Silah və narkotika işini polis araşdırmalı idi. Bizə elə gəlir ki, onları başqa bir məsələyə görə həbs ediblər, amma silah və narkotika ittihamı ilə pərdələyirlər. Bu yaxınlarda partiyanın sədri Mövsüm Səmədov çox sərt çıxış edib. Bu həbslərdən fəallaşmaq istəyənlərin gözünün qorxudulması kimi də istifadə oluna bilər».

Elan olunan ittihamlar öz təsdiqini taparsa həmin şəxsləri 3 ildən 5 ilə qədər həbs cəzası gözləyir.

MTN və Baş Prokurorluğun avqustun 12-də yaydığı məlumatda bildirilir ki, Azərbaycana qarşı düşmənçilik fəaliyyətində şübhəli bilinən Azərbaycan vətəndaşları - Abgül Süleymanov, Ramin Bayramov Arif Qəniyev saxlanılarkən onlardan qanunsuz saxlanılan silah və narkotika götürülb.

Azərbaycan İslam Partiyasında isə ittihamlarla razılaşmırlar. «Həbs olunanların hüquqlarını müdafiə komitəsi»nin sədri Natiq Kərimov Azadlıq radiosuna deyib ki, partiya üzvlərini silah, narkotik kimi uydurma məsələlərlə bağlı saxlamaq dövlətə yaraşmır.
XS
SM
MD
LG