Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:45

Qaddafinin oğlu Tripolidə azadlıqdadır


Liviya müxalifəti Tripolinin alınmasını bayram edir
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00
Direct-ə keçid

Üsyançıların Liviya paytaxtına girməsindən dərhal sonra bu şəhrədə və Benghazidə minlərlə adam küçələrə çıxaraq şənlik keçirib.

Liviyada qiyamçılar tərəfindən tutulduğu bildirilən Müəmmər Qəddafinin (Muammar Gaddafi) oğlu Seyfülislam (Saif al Islam) azadlıqdadır və hazırda Tripolidədir.

Bu barədə Qərb xəbər agentlikləri xəbər yayıb.

Ötən gecə o, Tripolidəki otellərdən birində xarici jurnalistlər qarşısına çıxıb. Atasının təhlükəsizlikdə olduğunu, Tripolinin isə qiyamçıların əlinə keçmədiyini deyib. Və əlavə edib ki, paytaxta daxil olan müxalifətçilər tələyə düşüblər, onları mütləq məğlubiyyət gözləyir.

Qarşı tərəf avqustun 22-də səhər Qəddafinin vərəsəsi sayılan Seyfülislamı tutduqlarını açıqlayıb. Onu insanlıq əleyhinə cinayətlərdə ittiham edən Beynəlxalq Cinayət Məhkəməsi də həbsi təsdiqləyib.

Hazırda həm qiyamçılar, həm də hökumət qüvvələri paytaxt Tripolinin böyük hissəsini nəzarətdə saxladıqlarını iddia edirlər. Qəddafinin iqamətgahı yerləşən rayonda isə partlayış səsləri, atışma davam edir.

Dünya liderləri Qəddafini hökumətdən getməyə və zorakılığa son qoymağa çağırır.

***
Liviya paytaxtı Tripolidə üsyançıların ev dustağı kimi saxladıqları Muammar Qaddafinin oğlu Mohammed qaçıb. Al-Jazeera televiziyasının məlumatına görə Qaddafiyə tabe olan hərbi qüvvələr onun saxlandığı evə hücum edərək Mohammedi evi qoruyanların əlindən alıblar.

Qaddafinin özünün harda olduğu hələlik məlum deyil.

BMT-nin Baş katibi Ban Ki-moon da Qaddafiyə tabe olan qüvvələri ölkədə hakimiyyətin dəyişməsinə imkan verməyə çağırıb. Baş katib bu həftənin sonuna Afrika İttifaqı, Ərəb Liqası, Avropa Birliyi kimi qurumların nümayəndələrinin də iştirakı ilə Liviyada vəziyyətin müzakirəsi üçün təcili toplantı çağırıb.

***

Qiyamçılar Tripolidə, 22 avqust 2011
Liviya paytaxtında Muammar Qaddafiyə tabe olan dövlət televiziyasının yayımları dayandırılıb. Üsyançılar artıq telekanalın onların əlində olduğunu bildirirlər. Müxalifət paytaxıtn müxtəlif yerlərində hələ də Qaddafiyə bağlı silahlı qrupların olduğunu bildirirlər.

Muammar Qaddafinin özünün iqamətgahına isə hələlik girə bilməyiblər. Qaddafinin sözçüsü onu 65 min nəfərlik hərbi qüvvənin qoruduğunu iddia edir.
Amma hələlik Qaddafinin özünün harda olduğu məlum deyil.


***

Avropa Birliyi, NATO və ABŞ bildirib ki, Qəddafi rejiminin ömrünə çox az qalıb. Onlar Qəddafini müqavimət göstərməməyə çağırıb.

Üsyançılar paytaxt Tripolinin əksər hissəsinə nəzarət etdiklərini bildiriblər. Deyiblər ki, Qəddafinin iki oğlu - Seyfülislamla Məhəmməd onların əlindədir, Qəddafinin yeri isə bilinmir.

NATO-nun baş katibi Anders Foq Rasmussen (Anders Fogh Rasmussen) bildirib ki, NATO üsyançıların Milli Keçid Şurası ilə əməkdaşlıq edəcək. Avropa Birliyi isə Milli Şuraya yardım təklif edib. ABŞ prezidenti Barak Obama (Barack Obama) isə Qəddafini istefaya çağırıb.

Çin bildirib ki, «Liviya xalqının iradəsinə hörmətlə yanaşacaq».

***
Liviyanın paytaxtı Tripolidə Müəmmər Qəddafinin (Muammar Qaddafi) iqamətgahının yerləşdiyi ərazidə döyüşlər gedir.

Üsyançıların nümayəndəsi bildirib ki, Tripolinin 80 faizi, o cümlədən şəhərin mərkəzi hissəsi onların nəzarəti altındadır. Qəddafinin yeri isə bilinmir.

Qəddafi rejiminin nümayəndəsi Musa İbrahim (Moussa İbrahim) deyib ki, paytaxta hücum zamanı hər iki tərəfdən 1300-dən artıq adam ölüb. O deyib ki, tökülən qanlara görə NATO məsuliyyət daşıyır.

***

Altı aylıq döyüşlərdən sonra qiyamçılar Tripolinin ələ keçiriblər.

Şəhərə qərbdən daxil olan üsyançılar kiçik müqavimətlə rastlaşdıqdan sonra asanlıqla mərkəzi Yaşıl Meydana daxil olublar. Ancaq hələ də paytaxtın bəzi hissələrində müqavimət davam edir.

Muammar Qaddafi (Müəmmər Qəddafi) sona qədər mübarizə aparacağını bildirib. O, qəbilələri Tripolinin xilas etməyə çağırıb.

ABŞ prezidenti Barack Obama (Barak Obama) deyib ki, döyüşlər həlledici məqama yetişib. O, Qaddafini məğlubiyyətini qəbul etməyə çağırıb.

Qiyamçılar Tripolinin tutulmasını bayram edirlər
Tripolinin tutulmasını şəhərin mərkəzində bayram edən insanların sayı artır. Benqazi şəhərində isə küçələrə on minlərlə adam çıxıb.

Üsyançılar Qərb mediasına bildiriblər ki, Qəddafinin oğlu Süyfülislamı (Saif al-Islam) tutublar. Bunu bir qədər əvvəl Beynəlxalq Cinayət Məhkəməsi də təsdiqləyib. Seyfülislam atası ilə birlikdə bəşəriyyətə qarşı cinayətdə ittiham olunur.

Qaddafinin başqa bir oğlu Məhəmməd (Mohammed) isə bildirib ki, üsyançılar onu ev dustağı ediblər. Qaddafinin yeri isə bilinmir.

****

Liviyanın paytaxtı Tripolinin böyük bir hissəsi üsyançıların əlindədir. Bu haqda Milli Keçid Şurasının nümayəndəsi məlumat verib.

Qaddafi rejiminin nümayəndəsi Musa İbrahim (Moussa Ibrahim) bildirib ki, Tripolidə hər iki tərəfdən 1300-ə yaxın adam ölüb.

***

Liviya müxalifəti Muammar Qaddafinin iki oğlunun - Saif al-İslam və Muhammadın onların əlində olduğunu bildirirlər.

Milli Keçid Şurasından "al-Jazeera" televiziyasına bildiriblər ki, onlar Tripoli yaxınlığında Abu Bakr al-Tarbulsi qəsəbəsində tutulublar.

Bundan başqa "al-Jazeera" Qaddafinin böyük oğlu, Mohammad Qaddafi ilə telefon söhbətinin səsini yayıb. Canlı yayımda gedən telefon müsahibəsində o, ev dustağı olduğunu təsdiq edib, vəziyyətin sakit olduğunu bildirib. Lakin telefon söhbəti "Mənim evimdə atışmadır!" sözləri ilə kəsilir, sonra isə bir müddət intensiv atəş səsləri eşidilir.

Qaddafini müdafiə edən xüsusi təyinatlı dəstələrin təslim olduğu bildirlir, Qaddafinin yeri haqda ziddiyətli xəbərlər daxil olur.

Üsyançılar paytaxt Tripolinin baş meyanındadırlar. Şəhər sakinləri küçələrə axışıb, bayram edirlər.

***

Breqa şəhəri, 15 avqust 2011
Avqustun 21-i axşam saatlarında Liviya paytaxtına daxil olan müxalifətin silahlı dəstələri Muammar Qaddafinin oğlu Saif al-Islamı tutduqlarını deyirlər. Hələlik bu xəbər müstəqil mənbələrdən təsdiqlənməyib. Amma müxalifətin yaratdığı Milli Keçid Şurasının sədri Mustafa Mohammed Abdul Jalil bildirib ki, Qaddafinin oğlu onların əlindədir və məhkəməyə çıxarılana qədər güclü mühafizə altında saxlanacaq.

Associated press agentliyinin müxbiri artıq üsyançı döyüşçülərin paytaxt Tripolinin mərkəzinə 3 kilometr məsafədə olduqlarını bildirir.

Muammar Qaddafinin özünün də Tripolidə olması barədə xəbərlər var.

***

Liviyada müxalifətin silahlı qüvvələri paytaxt Tripolinin qərbindən şəhərə daxil olublar. Onlarla birlikdə olan jurnalistlər xəbər verirlər ki, dinc sakinlər də üsyançıları alqışlayır, bayraqlar qaldırırlar.

Əcnəbi jurnlaistlərin qaldıqları hotelin ətrafında qızğın döyüş gedir.

Müxalifət Tripolinin 27 kilometrliyində külli miqdarda silahları ilə birlikdə böyük bir hərbi bazanı ələ keçirdiklərini bildirirlər.

Fransa prezidenti Nicolas Sarkozy Liviya lideri Muammar Qaddafini təslim olmağa çağırıb. Qaddafi isə audio müraciətində Tripolidə olduğunu bildirir, tərəfdarlarını döyüşə səsləyir. Onun tərəfdarları Qaddafinin müdafiəsində minlərlə döyüşçü olduğunu bildirirlər.

tripolinin şərqindəön və qərbindən üsyançıların hücumları davam edir. NATO qüvvələri də havadan onlara dəstək verir. Tənqidçilər alyansın ona verilən mandatdan kənara çıxdığını desələr də NATO yalnız BMT-nin qərarı çərçivəsində hərəkət etdiyini bildirir.

***

Hazırda üsyançılar qərb istiqamətində Tripoliyə hücumu davam etdirirlər. Döyüşlərin şəhərin təxminən 30 kilometrliyində getdiyi bildirilir.

***

Liviya üsyançıları bir həftəlik mühasirədən sonra, avqustun 20-də ölkənin şərqindəki liman şəhəri olan Brqanı və bu şəhərdə olan ölkənin ən böyük neft terminallarını ələ keçirdiklərini elan etdilər. Zawiyah və Zlitan şəhərlərini ələ keçirən müxalifət Tripoli üzərinə hücuma keçib.

Xəbər agentlikləri Liviya paytaxtında intensiv atışma və partlayışlar haqda xəbər verirlər.

Tripolidə olan Qərb jurnalıistləri sosial şəbəkələrdə yazırlar ki, Liviya paytaxtında davamsız atəş səsləri eşidiılməkdədir.

Gaddafi hakimiyyətinin rəsmisi mətbuat konfrası keçirərək bu xəbərləri təkzib edib, Tripolinin tamamilə onların nəzarəti altında olduğunu deyib.

Müxalifətin qərarlaşdığı Benghazidə minlərlə adam küçələrə çıxaraq şadyanaqlıq edir, Gaddafi rejiminin çökdüyünü bayram bildirilər.
XS
SM
MD
LG