Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:32

Üsyançılar Tripolinin ələ keçiriblər


Altı aylıq döyüşlərdən sonra üsyançılar Tripolinin ələ keçiriblər. Şəhərə qərbdən daxil olan üsyançılar kiçik müqavimətlə rastlaşdıqdan sonra asanlıqla mərkəzi Yaşıl Meydana daxil olublar. Ancaq hələ də paytaxtın bəzi hissələrində müqavimət göstərənlər var.

Muammar Qaddafi sona qədər mübarizə aparacağını bildirib. O, qəbilələri Tripolinin xilas etməyə çağırıb.

ABŞ prezidenti Barac Obama deyib ki, döyüşlər həlledici məqama yetişib. Ölkə despotun əlindən çıxmaq üzrədir.

Gecə ərzində Tripolinin tutulmasını şəhərin mərkəzində bayram edən insanların sayı artır. Bengazi şəhərində isə küçələrə on minlərlə adam çıxıb.

Üsyançılar Qərb mediasına bildiriblər ki, Qaddafinin oğlu Seyfülislamı tutublar. Bunu bir qədər əvvəl Beynəlxalq Cinayət Məhkəməsi də təsdiqləyib. Seyfülislam atası ilə birlikdə bəşəriyyətə qarşı cinayətdə ittiham olunur.

Qaddafinin başqa bir oğlu Məhəmməd isə bildirib ki, üsyançılar onu ev dustağı ediblər. Qaddafinin yeri isə bilinmir.
XS
SM
MD
LG