Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:26

Bəxtiyar Hidayət. Əldən çıxar Qarabağ, yaddan çıxmaz Qarabağ...


YADDAN ÇIXMAZ QARABAĞ

Bizə general oldu -
genimizdən gen olanlar
Genitdilər bizləri sıra dağlardan, gen dərələrdən
Oxutdular bizlərə - yaddan çıxmaz Qarabağ

Ya gül ya xar Qarabağ
Yandırıb yaxar Qarabağ
əldən çıxar Qarabağ
yaddan çıxmaz Qarabağ

Sinə daşlarınnan örtülür burda
Sinə düyünləri, sinə dağları
Tələb olunanda insan haqları
Yaddan çıxmaz Qarabağ

Qarabağın düzü var
Hansı sözün düzü var
Iki partiya bir olsa
Kimin ona sözü var

Hazıra nazirlər, bazara nazirlər
Villalar ucaltmaq istər bir gün
Orda bellərini boşaltmaq istər bir gün
Yaddan çıxmaz Qarabağ

Biz döşlüklərimizə güllə darağı dolduraq
Qanımızı töküb Qarabağı alaq
Orda o qanımız tökülən yerdə
Bir müğənninin döşlüyünə pul basan kimsə

Bizi dübarə qovsun Qarabağdan
Və görək ki - yaddan çıxmaz Qarabağ

Tabutdu çiynimizə gələr
Ağrıdı eynimizə gələr
Fikirdi beynimizə gələr
Yaddan çıxmaz Qarabağ


QÜRBƏT HƏSRƏTİ

Başın qoltuqlar üçünmüş,
Daşın topuqlar uçünmüş,
İşin qovluqlar uçünmüş,
Eh Vətən, Vətən.

Qarabag Arsaq oldu,
Abşeron ərzaq oldu,
Gördüyün dirsək oldu,
Bax Vətən, Vətən.

Süfrələrin yağıların,
Məhkəmən bizim olsun,
Qəlbimizin yağından işlət,
Məngənən bizim olsun,
Sıx Vətən, Vətən.

Məni sərhəddə öldür,
Qanım düşmən önündə,
Qırmızı işıq olsun,
Axx, Vətən, Vətən, Vətən
XS
SM
MD
LG