əvvəli burda
CARLOS FUENTES
(Paris Review, 1981)
- Mən səhərlər işləyən yazıçılardanam. Əllə yazıram. Saat 8 30-da başlayıb 12 30-dək – yəni üzməyə gedənəcən yazmağa davam edirəm. Sonra qayıdıb nahar edirəm.
Günorta vaxtı oxuyur, daha sonra ertəsi günün yazısını beynimdə hazır etmək üçün gəzintiyə çıxıram. İndi mən adətən kitabı oturub yazana qədər onu beynimdə yazıram. Burada - Princeton-da daim bəlli bir üçbucaq üzrə gəzintiyə çıxıram.
Əvvəl Eynşteynin Mercer küçəsindəki evinə üz tutur, sonra üzüaşağı Thomas Mann-ın Stockton küçəsindəki evinə yollanır, daha sonra isə Herman Broch-un
İtalo Calvino:
"Yazmaq istədiyim təxminən 20 kitabdan ibarət hazır bir siyahım var. Vədəsi yetişəndə qərar qəbul edirəm ki, həmin siyahıdan filan kitabı yazacam".
Həmin üç məkana baş çəkib geri qayıdanda mən artıq səhərin 7-8 səhifəsini beynimdə yazmış oluram.
- Əllə yazırsız?
- Əvvəlcə əllə yazıram. Hiss edəndə ki, “hazırdı”, yazını “dincə qoyuram”.
Daha sonra əlyazmanı redaktə edib makinədə yığıram. Ən son ana qədər redaktəyə davam edirəm.
ITALO CALVINO
(Paris Review, 1992)
... Nəzəri olaraq mən hər gün işləyərdim. Amma adətən səhərlər yazmamaq üçün mümkün olduqca özümə bəhanə uydururam.
Çölə çıxır, bazarlıq edir, qəzet alıram. Bir qayda olaraq səhəri beləcə “yola verirəm”. Yazı yazmaq üçün masa arxasına keçəndə artıq günorta olur. Mən gündüzlər işləyən yazıçılardanam...
Gecələr də yaza
bilərəm. Amma belə edəndə yatmıram. Ona görə də gecələr yazmamağa çalışıram.
... Mənim həmişə beynimdə müxtəlif layihələr olur. Yazmaq istədiyim təxminən 20 kitabdan ibarət hazır bir siyahım var.
Vədəsi yetişəndə qərar qəbul edirəm ki, həmin siyahıdan filan kitabı yazacam.
... Mənim yazıya başlamağım uzun çəkir. Əgər beynimdə roman ideyası varsa, onun üzərində işləməmək üçün ən müxtəlif bəhanələr tapıram.
Əgər hekayə toplusu yazıramsa, onların hər birinin öz başlanma tarixi olur. Hətta qəzet üçün məqalə yazanda da beləcə başlamaq problemim olur. Amma elə ki başladım, yazını çox sürətlə yaza bilirəm.
Başqa sözlə sürətlə yazsam da, arada böyük fasilələr olur.
Bu bir qədər də böyük Çin rəssamı haqda rəvayətə bənzəyir. İmperator ondan xərçəng şəkli çəkməsini istəyir. Rəssam cavabında deyir ki, bunun üçün ona on il vaxt, böyük bir ev və iyirmi nəfər xidmətçi lazımdır. On il keçəndən sonra imperator ondan şəkli istəyir.
Rəssam deyir ki, ona daha iki il lazımdır. İki il keçəndən sonra iki həftə də vaxt istəyir. Nəhayət o qələmini götürüb əlinin cəld bir hərəkətilə bir göz qırpımında xərçəng şəklini çəkir...
NORMAN MAILER
(Paris Review, 1964)
- Öz yazı metodlarınız haqda nə deyə bilərsiniz?
- Bu, kitabdan kitaba dəyişir. Mən “Çılpaq və ölü” romanını makinədə yazmışam. Onda həftənin 4 günü işləyirdim: Bazar ertəsi, Çərşənbə axşamı, cümə axşamı və cümə günü.
- Bəlli saatlarda yazırdınız?
- Bəli, çox dəqiq qrafiklə. Saat 8, yaxud 8 30-da oyanar, saat 10-da işləməyə başlayardım. Saat 12 30-a qədər yazar, sonra nahat edərdim. 2 30-da, yaxud 3-də
yenidən iş başına qayıdar və daha 2 saat yazardım.
Günorta adətən 1 dəmir banka pivə içərdim ki, gözümə işıq gəlsin.
Amma günə 5 saat yazardım. Özü də çox yazardım. Çalışırdım ki, günə 7 makinə səhifəsindən az yazmayım – həftəyə 28 səhifə. İlk əlyazısını yeddi aya yazdım.
İkinci əlyazısını yazmaq (özü də bu, əslində əlyazısının yarısı idi) dörd ay çəkdi. Romanın taqım haqqında fəsli əvvəlcədən rahat yazıldı. Amma Leytenant və General ilk əlyazısında sırf tipik surətlər idi.
Əgər əsər həmin mərhələdə çap olunsaydı, bu, olsa-olsa, müharibə haqqında maraqlı bir roman olacaqdı. Bir sıra uğurlu səhnələri olan maraqlı bir roman. Vəssalam.
İkinci əlyazısı roman üçün əlavə bir mənfəət oldu. Cummings və Hearn ikinci əlyazısında işlənib. Əgər kitaba baxsanız görərsiniz ki, həmin yerlərdə üslub dəyişir və görünür ki, Cummings və Hearn haqqında hissələr daha təkmil üslubda yazılıb...
(ardı var)
Hazırladı: R.Qəmbərov