Avqustun 25-də Təbrizdə Urmiyə gölünün qurumasına kütləvi etiraz şüarları səslənib. Traktorsazi və Şəhrdari futbol komandalarının (hər iki klub Təbrizdədir) görüşündə minlərlə azarkeş eyni vaxtda «Urmiyə gölü can verir, Məclis onun qətlinə fərman verir» şüarını qışqırıblar. Hadisənin həvəskar videosu YouTube portalında «Urmiya South Azertbaijan» kanalında yerləşdirilib.
İranda yaşayan azərbaycanlılar Urmiya gölünün qurudulmasına etiraz olaraq müntəzəm askiyalar keçirirlər. 2 aprel 2011-ci ildə Təbriz və Urmiyada buna görə 90-dan çox adam həbs edilib. Onların bəziləri hələ də həbsdədirlər.
Urmiya gölü İranın Azərbaycan əyaltində yerləşir Yaxın Şərqin ən böyük gölüdür. Duzluluğuna görə, ikinci ən böyük göl hesab olunan Urmiya gölü qurumaq təhlükəsi ilə üzləşib. Artıq gölün 60 faizi quruyub. Ekspertlər xəbərdarlıq edir ki, ehtiyat tədbirləri görülməsə, göl tamamilə məhv olacaq.
Ekspertlər güman edir ki, göl 1999-cu ildən başlayaraq qurumağa başlayıb. Onlar hesab edirlər ki, su mənbələrinin tükənməsi və effektiv su idarəçiliyi çatışmazlığı üzündən göl belə bir problemlə üzləşib.
HƏMÇİNİN OXU:
Urmiya gölünün qurumasına qarşı aksiya - VİDEO
Amnesty İnternational İranda tutulan azərbaycanlıları buraxmağı tələb edir
Təbrizdə 70 nəfər saxlanılıb