Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:43

Əkbər Qoşalı. Atamızdan olmuşuq


Atamızdan olmuşuq,


atamızdan olmuşuq.


Atamız, dan olmuşuq,


"axşam" ola bilmərik.





Biz söz ilə böyüdük,


biz Söz ilə böyüdük.


Bir söz ilə, böyüdük,


axşam ola?-Bilmərik.





Sufi varmı, hələ bə?


çevrilərik xələfə...


Tale atıb Hələbə,


ax, Şam olar, bilmərik...
XS
SM
MD
LG